Burun əməliyyatı psixi pozuntu yaradır? – Həkimdən açıqlama

Burun əməliyyatı psixi pozuntu yaradır? – Həkimdən açıqlama






presstv

"Presstv"az #Audi, #Estetik əməliyyat, #Həkim, #Psixoloq, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son günlər sosial mediada bəzi şəxslərin burun əməliyyatından sonra psixoloji gərginlik yaşadığına dair paylaşımlar gündəmdədir.

Bəziləri bunu əməliyyatın nəticəsi kimi, digərləri isə əməliyyatdan öncəki psixoloji vəziyyətlə əlaqələndirirlər.

Bəs görəsən, estetik əməliyyatlar insan psixologiyasına təsir edir?

Estetik cərrah Adil Cümşüdov məsələ ilə bağlı açıqlamasında bildirib ki, burun əməliyyatından sonra psixoloji problemlərin olması barədə səsləndirilən fikirlər reallığı əks etdirmir.

“Narkozdan sonra bəzi pasiyentlərdə psixoloji dəyişikliklərin olması nadir hallarda müşahidə edilir. Bu da narkoz preparatlarından asılıdır. İxtisaslaşmış mərkəzlərdə artıq müasir narkoz dərmanlarından istifadə edilir”, – deyə həkim vurğulayıb.

Psixoloq Vüsalə Əmiraslanova isə bildirib ki, estetik əməliyyata qərar verən insan psixoloji müayinədən keçməlidir.

“Son vaxtlar mən də eşidirəm ki, insanlar həkimlərindən narazı qalırlar, yaxud əməliyyata pessimist yanaşırlar. Hətta əməliyyatdan sonra psixi durumlarında dəyişiklik olur, depressiv hallar yaşayırlar”.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv