“Gmail”də istifadəçi parollarının geniş miqyasda sızması qeydə alınıb

“Gmail”də istifadəçi parollarının geniş miqyasda sızması qeydə alınıb






presstv

"Presstv"az #Audi, #Google, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

183 milyondan çox elektron poçt parolunu əhatə edən məlumatların geniş miqyasda sızması faktı qeydə alınıb. On milyonlarla parol “Gmail” akkauntunun payına düşüb. Kibertəhlükəsizlik üzrə ekspertlər bildiriblər ki, baş verən hadisə bu qəbildən ən irimiqyaslı insidentlərdən biridir.

presstvaz xəbər verir ki, bu barədə “New York Post” (NYP) nəşri yazıb.

Sızmış məlumatların ümumi həcmi 3,5 terabayt təşkil edib. İnformasiya bir il ərzində istifadəçilərin virusa yoluxmuş cihazlarından hesab məlumatlarını gizli şəkildə oğurlayan zərərli proqramların fəaliyyəti nəticəsində toplanıb.

Mütəxəssislər bildirirlər ki, məlumatların böyük hissəsi digər sızma hallarında üzə çıxarılıb, lakin milyonlarla “Gmail” parolunun aktuallığı təsdiqlənib. Sızma təkcə “Gmail” istifadəçilərini əhatə etməyib, “Outlook”, “Yahoo” və yüzlərlə digər veb-platformaların istifadəçilərinə də təsir edib.

Ekspertlər vurğulayırlar ki, bu hadisə “Google” serverlərinin sındırılmasının nəticəsi deyil, istifadəçi kompüterlərindən məlumatların viruslu proqram təminatı vasitəsilə oğurlanması ilə bağlıdır.

Sızmış parollar bədxahlara login və parol cütlüklərinin üst-üstə düşməsi zamanı qurbanlarının digər xidmətlərinə də giriş əldə etmək imkanı verir.

Mütəxəssislər qoruyucu tədbir kimi parolları dərhal dəyişdirməyi, ikifaktorlu autentifikasiyanı aktivləşdirməyi və parol menecerlərindən istifadə etməyi tövsiyə edirlər. Sızma zamanı hesab məlumatlarının olub-olmadığını yoxlamaq üçün xüsusi onlayn xidmətlərdən istifadə edilə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv