İranın sabiq prezidenti Türkiyə modelini nümunə göstərdi

İranın sabiq prezidenti Türkiyə modelini nümunə göstərdi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #İran, #Məsud Pezeşkian, #Türkiyə, #Yaponiya, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İki gün əvvəl İranın keçmiş prezidenti, islahatçı siyasi cərəyanın lideri Məhəmməd Xatəmi Yəzd əyalətinə səfəri çərçivəsində yerli ictimai fəallarla görüşündə ölkə həyatının müxtəlif sahələrinə dair fikirlərini bölüşməklə yanaşı, iqtisadi inkişaf baxımından İranı Türkiyə ilə müqayisə edib.

Bu barədə “Azad İran” “YouTube” kanalının növbəti buraxılışında bildirilir.

“Demək istəmirəm ki, Türkiyə bizim üçün nümunədir. Amma Türkiyənin bir qətrə də nefti yoxdur, lakin bu gün turizm və sənaye sayəsində bizdən çox irəliyə gedib. Bizim neftimiz var, onun yoxdur, amma Türkiyənin turizmdən götürdüyü gəlir bizim bütün neft gəlirimizdən çoxdur. Halbuki bizim qədim tariximiz və turizmi inkişaf etdirmək üçün daha üstün potensialımız var”, – keçmiş prezident vurğulayıb.

Xatəmi, görünür, siyasi rəqiblərinin hücumlarından sığortalanmaq üçün Türkiyənin İran üçün nümunə olduğunu söyləmək istəmədiyini bildirib, amma faktiki olaraq bunu dilə gətirib və inkişafın Türkiyə modelini İrana nümunə göstərib.

Daha əvvəl eyni müqayisəni İranın hazırkı prezidenti Məsud Pezeşkian da aparıb. O, ötən həftə Qərbi Azərbaycan əyalətinə səfəri çərçivəsində keçirdiyi görüşlərin birində bildirib: “Türkiyənin nefti və qazı yoxdur, Yaponiya və Koreyanın da yoxdur, onlar nefti alırlar, amma vəziyyətləri bizimkindən yaxşıdır, yaşayışları da çox yaxşıdır. Bizim neftimiz və qazımız var, amma acıq, çətinlik çəkirik. Necə ola bilər ki, həm neft və qaz sataq, həm də xalqımız çətinliklə yaşasın? Bunun günahı bizdədir”.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv