ASEAN-a sədrlik Malayziyadan Filippinə keçdi

ASEAN-a sədrlik Malayziyadan Filippinə keçdi






presstv

"Presstv"az #Audi, #Filippin, #İndoneziya, #Tailand

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Malayziya Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) sədrliyi Filippinə verib.

presstvaz xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.

Malayziyanın Baş naziri Ənvər İbrahim sammitin bağlanış mərasimində ASEAN-a sədrliyin rəmzi olan taxta çəkici Filippin Prezidenti Ferdinand Markosa təqdim edib.

“2026-cı ildə biz dialoq, sülh və sabitliyi, habelə beynəlxalq hüquqa, ənənəvi və qeyri-ənənəvi təhlükəsizlik məsələlərinin həllində əməkdaşlığın möhkəmləndirilməsinə sadiqliyimizi müdafiə etməyə davam edəcəyik”, – deyə Filippin prezidenti bildirib.

ASEAN sammiti oktyabrın 26-28-də Kuala-Lumpurda keçirilib.

1967-ci ildə təsis edilmiş ASEAN öz sıralarında Cənub-Şərqi Asiyanın 11 ölkəsini – Bruney, Vyetnam, Şərqi Timor, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand və Filippini birləşdirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv