ABŞ sanksiyalarından sonra Hindistan Rusiya neftini almağa davam edəcəkmi?

ABŞ sanksiyalarından sonra Hindistan Rusiya neftini almağa davam edəcəkmi?






presstv

"Presstv"az #ABŞ, #Audi, #Çin, #Donald Tramp, #Hindistan, #Lukoil, #Rusiya, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hindistanın dövlətə məxsus neft emalı zavodları ABŞ-nin yeni sanksiyalarına baxmayaraq, Rusiya neftinin alışını davam etdirmək niyyətindədirlər.

presstvaz-ın xəbərinə görə, bu barədə “Bloomberg” nəşri məlumat verib.

Məlumata görə, sənayedə xammalın bir hissəsinin sanksiyalar altına düşməyən “Tatneft” və “Sakhalin Energy” kimi kiçik rus treyderləri üzərindən alınması nəzərdən keçirilir.

2024-cü ildə sanksiyalara məruz qalan şirkətlər Rusiya neftinin Hindistana idxalının 80%-dən çoxunu təmin edirdi. İndi neft emalçıları alternativ təchizatçılardan qanuni olaraq hansı həcmdə və hansı qiymətə ala biləcəklərini müəyyən etməyə çalışırlar.

Hindistanda ən böyük “Urals” xam neftinin alıcısı “Reliance Industries” özəl şirkəti artıq Yaxın Şərqdə və ABŞ-də Rusiya xam neftinə alternativlər axtarmağa başlayıb. Lakin sənaye mütəxəssisləri hesab edirlər ki, ölkə Rusiya tədarükündən tamamilə imtina edə bilməyəcək.

Qeyd edək ki, “Rosneft” və “LUKOIL”un qara siyahıya salınmasından sonra “Indian Oil”, “Bharat Petroleum” və “Hindustan Petroleum” emal şirkətləri “Urals” sortu üzrə müqavilələrini dayandırıblar və səlahiyyətlilərdən məsələyə aydınlıq gətirilməsini gözləyirlər. Lakin Nyu-Delhi əvvəlki kimi, ikinci dərəcəli sanksiyalar riski və Moskva ilə enerji əlaqələrini qorumaq zərurəti arasında balans yaratmağa davam edir.

Daha əvvəl Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyal ABŞ ilə tələsik və ya xarici təzyiq altında ikitərəfli ticarət müqaviləsinin bağlamayacağını bildirmişdi. O əlavə etmişdi ki, ölkə uzunmüddətli perspektivə sadiqdir və heç vaxt təzyiq altında qərarlar qəbul etməyəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə danışığından sonra Hindistanın Rusiyadan neft alışını məhdudlaşdıracağını qeyd etmişdi.

“Modi Rusiyadan çoxlu neft almaq niyyətində deyil”, – deyə Tramp vurğulamışdı.

Həmçinin oktyabrın 20-də Tramp bəyan etmişdi ki, Nyu-Delhi Rusiya neftini almağı dayandırmasa, “külli miqdarda rüsumlar” ödəməyə davam edəcək.

Qeyd edək ki, Hindistan və Çin dəniz yolu ilə daşınan Rusiya neftinin iki ən böyük alıcıları olaraq qalırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv