“LUKOIL” Gürcüstan bazarından tamamilə çıxır

“LUKOIL” Gürcüstan bazarından tamamilə çıxır






presstv

"Presstv"az #(SOCAR), #ABŞ, #Audi, #Avstriya, #Azərbaycan, #Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), #Gürcüstan, #Lukoil, #Maliyyə Nazirliyi, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“LUKOIL Georgia” Gürcüstan bazarından tamamilə çıxacaq.

presstvaz xəbər verir ki, bu barədə məlumatı şirkətin Rusiyadakı baş ofisi yayıb.

Şirkətdən bildiriblər ki, ABŞ-nin “LUKOIL”a qarşı sanksiyalar tətbiq etməsi ilə əlaqədar, o, beynəlxalq aktivlərini satmaq qərarına gəlib.

Yazılı məlumatda deyilir ki, şirkət və onun törəmə müəssisələri məhdudiyyətlərlə üzləşiblər:

“LUKOIL” beynəlxalq aktivlərini satmaq niyyətini bəyan edir. Potensial alıcıların təkliflərinin qiymətləndirilməsi prosesi başlayıb. Gürcüstanda infrastruktura bir neçə operator, məsələn, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ya “Wissol” maraq göstərə bilər”.

“LUKOIL Georgia”nın 100% səhmlərinin sahibi, Avstriyada qeydiyyatda olan “LUKOIL International GmbH” şirkəti də sanksiyaya məruz qalan törəmə müəssisələr arasındadır. “LUKOIL Georgia” Gürcüstanda ölkəboyu yerləşən 24 şəxsi, 26 icarəyə götürülmüş və 10 françayzinq yanacaqdoldurma məntəqəsi vasitəsilə fəaliyyət göstərirdi.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi oktyabrın 22-də Rusiyanın iki böyük neft şirkətini – “Rosneft”i və “LUKOIL”u, habelə onların törəmə müəssisələrini sanksiyalar siyahısına daxil edib. Nazirliyin bəyanatında deyilir ki, bu addım Rusiyanın sülh prosesinə ciddi maraq göstərməməsi səbəbindən atılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv