“Azəristiliktəchizat” Hesablama Palatasının iradlarına münasibət bildirib

“Azəristiliktəchizat” Hesablama Palatasının iradlarına münasibət bildirib






presstv

"Presstv"az #Audi, #Hesablama Palatası, #İlham Mirzəliyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Hesablama Palatasının qurumda apardığı uyğunluq auditindən sonra aşkar etdiyi nöqsanlara münasibət bildirib.

presstvaz xəbər verir ki, sədr “Report”a verdiyi açıqlamada abonent bazası üzrə 213 binada istilik təchizatı xidmətləri alan mənzillərin sayının 10-20 faizdən az olması kimi halların mövcudluğunu və təbii olaraq bunun istilik enerjisindən qeyri-səmərəli istifadə şəraiti yaratmaqla cəmiyyətin xərclərinə də birbaşa təsir göstərdiyini bəyan edib.

Bununla belə, onun sözlərinə görə, qanunvericilik normalarına əsasən qeyri-səmərəli bu binalarda istilik təchizatının dayandırılması yolverilməzdir: “Bununla əlaqədar Cəmiyyət istilik təchizatının səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması istiqamətində işləri davam etdirir və yeni qəbul edilən “İstilik təchizatı haqqında” qanun bu istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçirməyə imkan verəcək”.

“Hesablama Palatasının bəyan etdiyi, “Azəristiliktəchizat”a aid olmadığı deyilən 244 ədəd qazanxanaya gəlincə isə onlar bizim balansımızda və mülkiyyətimizdədir, istismar edilir, lakin məktəb, bağça və yaxud səhiyyə müəssisələrinin ərazilərində yerləşir, yalnız bu obyektlərə xidmət edir. Bu qazanxanalardan 98-i konservasiya olunub, hazırda fəaliyyət göstərmir. “Azərisitiliktəchizat”ın fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin optimallaşdırılması, istilik təchizatı sistemlərinin bərpası ilə bağlı təsdiq edilmiş tədbirlər planına əsasən gələcəkdə istismarı nəzərdə tutulmayan bu qazanxanaların binalarının balansdan balansa aidiyyəti üzrə təhvil verilməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir”, – deyə İ.Mirzəliyev qeyd edib.

“Azəristiliktəchizat”ın sədri aktivlərin maliyyə (mühasibat) uçotunda vaxtında əks etdirilməməsini də şərh edib. Oə bildirib ki, bu hal uçot məlumatlarının dəqiqləşdirilməsi, tikintisi başa çatmış qazanxanaların müvafiq qaydada sənədləşdirilməsi ilə bağlı prosedurların icrasında yaranmış bəzi çətinlikliklərlə əlaqədar olub və artıq aktivlərin maliyyə (mühasibat) uçotunda tam əks etdirilməsi təmin edilib, zəruri sənədləşmə işləri yekunlaşdırılıb.

“Hesablama Palatasının “Azəristiliktəchizat” üzrə dövlət vəsaitlərinin və digər əmlakının idarə olunmasına dair uyğunluq auditi nəticəsində hər hansı bir korrupsiya, mənimsəmə, dövlət vəsaitlərindən qeyri qanuni istifadə və digər cinayət tərkibli hər hansı bir fakt mövcud olmayıb, aşkar edilmiş irad və nöqsanlar tam aradan qaldırılıb, gələcəkdə bu hallara yol verilməməsi üçün zəruri tədbirlər görülür”, – deyə sədr fikrini yekunlaşdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv