Bu qidalar baş ağrısına səbəb olur – Xəbərdarlıq

Bu qidalar baş ağrısına səbəb olur – Xəbərdarlıq






presstv

"Presstv"az #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi gündəlik qidalar baş ağrısının əsas səbəblərindən biri ola bilər. Xüsusilə miqren və gərginlik tipli baş ağrısından əziyyət çəkən insanlar üçün qida seçimi çox önəmlidir.

presstvaz xəbər verir ki, kolbasa, sosiska, konservləşdirilmiş ətlər və fast-food məhsulları yüksək miqdarda natrium və konservant ehtiva etdiyi üçün damarların daralmasına və baş ağrısına səbəb ola bilər.

Kofein az miqdarda qəbul edildikdə baş ağrısını azalda bilər, lakin çox içildikdə (xüsusilə qəhvə və enerji içkiləri şəklində) əks təsir göstərərək baş ağrısını tetiklədir.

Yaş pendirlərdəki tiramin maddəsi və şokoladdakı feniletilamin bəzi insanlarda baş ağrısına səbəb olur. Bu maddələr beyin damarlarında dəyişikliklər yaradaraq ağrı siqnallarını aktivləşdirir.

Xüsusilə "aspartam" adlı şirinləşdirici bir çox pəhriz içkilərində və şəkərsiz məhsullarda tapılır. Mütəxəssislər bildirirlər ki, bu maddə bəzi insanlarda güclü baş ağrısına gətirib çıxara bilər. Uzun müddət ac qalmaq və ya yeməyi gecikdirmək də qan şəkərinin düşməsinə səbəb olur ki, bu da tez-tez baş ağrısının əsas səbəblərindən biridir.

Həkimlər məsləhət görür ki, baş ağrısından əziyyət çəkən insanlar rasionlarını izləsin, potensial tetikleyici qidaları müəyyən etsin və balanslı şəkildə qidalanmağa diqqət etsinlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv