Premyer Liqa: “Zirə” “Sumqayıt”ı məğlub etdi

Premyer Liqa: “Zirə” “Sumqayıt”ı məğlub etdi






presstv

"Presstv"az #Araz-Naxçıvan, #Audi, #Bakı, #Hakim, #İdman, #İmişli, #Liv Bona Dea Arena, #Premyer Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

presstvaz xəbər verir ki, günün ikinci matçında “Sumqayıt” “Zirə”nin qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Görüşdəki yeganə qolu 37-ci dəqiqədə Brahim Konate vurub.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Bakı klubu üçüncü pillədə qərarlaşıb. “Gənclik şəhəri” təmsilçisi 14 xalla altıncıdır.

Günün ilk görüşündə “Sabah” “Araz-Naxçıvan”la heç-heçə edib – 2:2.

Qeyd edək ki, ötən gün “Turan Tovuz” “Karvan-Yevlax”ı (2:1), “İmişli” isə “Kəpəz”i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.

18:08

“Sabah” Misli Premyer Liqasında heç-heçə edib.

presstvaz bildirir ki, paytaxt təmsilçisi IX turda “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

“Bayquşlar”ın heyətində 54-cü dəqiqədə Stiv Solvet, 73-cü dəqiqədə Coy Lens Mikels (penalti) fərqləniblər. Naxçıvan klubunun qollarına 58-ci dəqiqədə İssuf Paro, 90+8-ci dəqiqədə Simakala imza atıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran “bayquşlar” dördüncü, 16 xalı olan “Araz-Naxçıvan” üçüncü sıradadır.

Günün digər görüşündə “Zirə” “Sumqayıt”ı qəbul edəcək.

Qeyd edək ki, ötən gün “Turan Tovuz” “Karvan-Yevlax”ı (2:1), “İmişli” isə “Kəpəz”i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.

09:06

Misli Premyer Liqasında IX turun daha iki oyunu bu gün keçiriləcək.

presstvaz xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gələcək.

Qarşılaşma saat 16:00-da start götürəcək. Naxçıvan təmsilçisi 15 xalla üçüncü, Bakı klubu 14 xalla dördüncü sıradadır.

Günün ikinci görüşündə “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Bu oyun saat 18:30-da başlayacaq. Meydan sahibləri 13 xalla altıncı, qonaqlar 14 xalla beşinci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

 

I dövrə, IX tur

 

25 oktyabr

 

16:00. “Araz-Naxçıvan” – “Sabah”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Emin Cəfərov.

“Liv Bona Dea Arena”.

 

18:30. “Zirə” – “Sumqayıt”

Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.

VAR: Fərid Hacıyev.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, ötən gün “Turan Tovuz” klubu “Karvan-Yevlax”ı (2:1), “İmişli” isə “Kəpəz”i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv