Fəzail Ağamalının oğlu: “Atam və bacım legitimliyimi şübhə altına alsalar, onları məhkəməyə verəcəyəm”

Fəzail Ağamalının oğlu: “Atam və bacım legitimliyimi şübhə altına alsalar, onları məhkəməyə verəcəyəm”






presstv

"Presstv"az #Audi, #Ədliyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ana Vətən Partiyasının bu gün keçirilən Qurultayında mən yeni sədr seçildim. Bununla bağlı əlimdə faktlar var”.

presstvaz xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalının oğlu Elçin Ağamalı bildirib.

O, Ana Vətən Partiyasının Qurultayında böyük səslə qalib gəldiyini deyib:

“Heç kim, hətta atam və deputat bacım belə mənim hüquqlarımı tapdalaya bilməz. Ana Vətən Partiyasının yeni sədri mənəm. Bununla bağlı sənədlər də hazırlanır və Ədliyyə Nazirliyinə təqdim olunacaq. Əgər atam və bacım Günay Ağamalı tərəfindən mənim legitimliyimi şübhə altına alacaq addımlar atılsa, o zaman onlarla bağlı Ədliyyə Nazirliyinə və məhkəməyə müraciət edəcəyəm”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv