Azərbaycanda xəstəxana tikintisinə 9,5 milyon manat sərf ediləcək

Azərbaycanda xəstəxana tikintisinə 9,5 milyon manat sərf ediləcək






presstv

"Presstv"az #Audi, #Səhiyyə Nazirliyi, #Yoluxucu xəstəlik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağdam Rayon Mərkəzi Xəstəxanasının (210 çarpayılıq) üçüncü mərhələ üzrə tikintisinə başlanılır.

presstvaz “Trend”ə istinadla xəbər verir ki, Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda, nazirlik xəstəxananın bu mərhələ üzrə tikintisinə 9.5 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli 2022-ci ildə qoyulub. Altı hektardan çox ərazidə inşa olunan bu tibb müəssisəsində Qəbul, Terapiya, Kardiologiya, Cərrahiyyə, Travmatologiya-ortopediya, Ürək-damar cərrahiyyəsi, Oftalmologiya, LOR, Pediatriya, Doğum, Ginekologiya, Yoluxucu xəstəliklər, Anesteziologiya-reanimasiya, Hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək.

Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.

Müalicə ocağı ən müasir tibbi avadanlıqla, həmçinin Regional Kardiocərrahiyyə Mərkəzi xidmətini təmin etmək üçün angioqrafiya cihazı ilə təchiz olunacaq. Binanın zirzəmi hissəsindən isə stasionar tibbi xidmət və sığınacaq kimi istifadə ediləcək, ehtiyac yaranarsa, dərhal hərbi hospital kimi fəaliyyət göstərəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv