Qubadlının azadlığından 5 il – qəhrəmanlıqla yazılan tarix

Qubadlının azadlığından 5 il – qəhrəmanlıqla yazılan tarix






Rəşad Cəfərli

"Presstv"az #Ailə, #Azərbaycan, #Azərbaycan Ordusu, #Cəbrayıl, #Hadisə, #İlham Əliyev, #Mehriban Əliyeva, #Məcburi köçkün, #Müharibə, #Quba, #Qubadlı rayonu, #Rəşad CƏFƏRLİ, #Sərəncam, #Vətən müharibəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Qubadlı yenidən dirçəlir: azad torpaqlarda həyat bərpa olunur

       Bu gün – 25 oktyabr 2025-ci il – Azərbaycan xalqı üçün qürur və sevinc dolu gündür. Qubadlı şəhərinin işğaldan azad edilməsindən düz beş il keçir.

presstvaz xatırladır ki, 2020-ci ilin bu günündə Azərbaycan Ordusu Vətən müharibəsinin ən həlledici mərhələlərindən birində düşmən üzərində növbəti parlaq qələbə qazandı. Qəhrəman əsgər və zabitlərimiz Qubadlı şəhərini və onun yeddi kəndini işğaldan azad edərək, dövlətimizin suverenliyini bərpa etdilər.

       Həmin gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımıza bu şanlı xəbəri “X” platformasındakı paylaşımı ilə çatdırdı. Dövlət başçısı bildirdi ki, Azərbaycan Ordusu Qubadlı ilə yanaşı Zəngilanın dörd, Cəbrayılın isə beş kəndini də azad edib.

Bu tarixi hadisə həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan müstəqil Azərbaycanın gücünü, xalqın birliyini və vətən sevgisini nümayiş etdirdi. Qubadlının azadlığı Azərbaycanın suverenliyinin bərpası istiqamətində dönüş nöqtələrindən biri oldu.


Qubadlıda həyat yenidən canlanır

       Azadlıqdan sonra Qubadlı rayonu dövlətimizin bərpa və quruculuq siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Qısa müddətdə şəhərin infrastrukturunun yenidən qurulması, yaşayış evlərinin, yolların, məktəblərin və sosial obyektlərin tikintisi həyata keçirilib.

Artıq Qubadlı şəhərinin yeni baş planı təsdiqlənib, “ağıllı şəhər” konsepsiyası əsasında müasir üslubda salınan ilk yaşayış massivlərində tikinti sürətlə davam edir. Bölgədə elektrik, qaz, su və rabitə xətləri yenidən çəkilib, yeni məktəb və xəstəxana binalarının inşası başa çatmaq üzrədir.

       Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qubadlıya səfərləri zamanı görülən işlərlə yerində tanış olublar. Dövlət başçısı bildirib ki, yaxın illərdə Qubadlıya keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıdışı təmin ediləcək.


Qubadlı şəhər günü – azadlığın və dirçəlişin rəmzi

       Xatırladaq ki, 31 iyul 2023-cü il tarixli Sərəncama əsasən, 25 oktyabr Qubadlı şəhər günü kimi qeyd olunur. Bu tarix təkcə bir qələbə günü deyil, həm də azad torpaqlarda yeni həyatın başlanğıcını simvolizə edir.

Bu gün Qubadlıda keçirilən tədbirlərdə şəhid ailələri, qazilər, dövlət rəsmiləri və yerli sakinlər bir araya gələrək həm şəhidlərimizin xatirəsini anır, həm də doğma torpaqlara qayıdış sevincini bölüşürlər.

       presstvaz Qubadlının azadlığı uğrunda canından keçən bütün şəhidlərimizi dərin hörmət və ehtiramla yad edir, onların qəhrəmanlığının daim qürur mənbəyi olduğunu vurğulayır.

Rəşad  CƏFƏRLİ,

Mənbə: Presstv.az – Azərbaycan xəbər portalı

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.