Tailandda elektron siqaret faciəsi: Balıqçının dəhşətli ölümünə səbəb olub

Tailandda elektron siqaret faciəsi: Balıqçının dəhşətli ölümünə səbəb olub






presstv

"Presstv"az #Audi, #Elektron siqaret, #Hadisə, #Siqaret, #Tailand

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tailandda elektron siqaret balıqçının ölümünə səbəb olub.

presstvaz-ın xəbərinə görə, bu barədə “The Thaiger” nəşri məlumat verib.

Məlumata görə, 47 yaşlı kişi kanalın sahilində ölü tapılıb. Onun ağzında, üzündə, sinəsində və sol qolunda çox sayda ağır xəsarət və yanıq olub, onu xilas etmək üçün artıq çox gec olub.

Polis əvvəlcə onun güllələndiyindən şübhələnib. Lakin məhkəmə ekspertləri yaralarda çox sayda metal parçası aşkar ediblər və kişinin ağzında elektron siqaretin partladığı qənaətinə gəliblər. Bundan əlavə, iti metal parçalarının kişinin sinəsini deşərək ağciyərlərinə və ürəyinə nüfuz etdiyi də məlum olub.

“Güllə yaraları yox idi, ancaq elektron siqaretin parçaları var idi. Onun ürəyi və ağciyərləri tamamilə məhv olmuşdu”, – deyə polis nümayəndəsi bildirib.

Qeyd edildiyinə görə, bu, Tailandda elektron siqaret batareyasının alovlanması və partlaması nəticəsində baş verən ilk ölüm hadisəsidir. Müstəntiqlər ehtimal edirlər ki, cihazda keyfiyyətsiz və ya saxta batareya olub, çünki daha əvvəl oxşar hadisələr digər ölkələrdə də baş verib.

“Bu faciə ciddi bir xəbərdarlıq olmalıdır. Elektron siqaretlərin batareyaları kiçikdir, lakin ölümcüldür”, – deyə polisdən vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv