Mikayıl Cabbarov: “TDT-də qarşılıqlı sərmayələrin genişlənməsi inteqrasiyanın vacib istiqamətinə çevrilib”

Mikayıl Cabbarov: “TDT-də qarşılıqlı sərmayələrin genişlənməsi inteqrasiyanın vacib istiqamətinə çevrilib”






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Azərbaycan, #Bakı, #Dollar, #İqtisadiyyat Nazirliyi, #Mikayıl Cabbarov, #Özbəkistan, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ticarət əlaqələrinin dərinləşməsi ilə yanaşı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında qarşılıqlı sərmayə fəaliyyətinin genişlənməsi iqtisadi inteqrasiyanın vacib istiqamətinə çevrilib”.

presstvaz xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısı çərçivəsində işçi qrupun iclasında deyib.

Onun sözlərinə görə, ümumi kapitalı 600 milyon ABŞ dolları olan Türk İnvestisiya Fondu, Türk dövlətləri tərəfindən təsis edilmiş ilk birgə maliyyə institutudur:

“Bütün bunlar üzv dövlətlər arasında qarşılıqlı iqtisadi əməkdaşlığı gücləndirmək, strateji sahələrə investisiyaları artırmaq və regional inkişafı dəstəkləmək məqsədi daşıyır. Həmçinin, Azərbaycan Özbəkistan, Qırğızıstan və Qazaxıstanla birgə ikitərəfli investisiya fondları yaradıb. Bu mexanizmlər ölkələrimiz arasında kapital axınının artmasına, sənaye layihələrinin birgə maliyyələşdirilməsinə və qarşılıqlı sərmayə təşəbbüslərinin reallaşmasına şərait yaradır”.

Nazir qeyd edib ki, son illərdə TDT çərçivəsində çoxtərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf edir, bu da ölkələrin iqtisadiyyatlarına əhəmiyyətli töhfə verir:

“Azərbaycan TDT-yə üzv olan bütün ölkələrlə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurub. Bu ilin 9 ayı ərzində Azərbaycanın TDT ölkələri ilə ticarət dövriyyəsində artım dinamikası davam edib. Dövlət başçıları tərəfindən bu dinamikanın daha da yüksəldilməsi qarşıya məqsəd kimi qoyulub. Bu kontekstdə, Azərbaycan türk dövlətləri ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı ticarətin asanlaşdırılması istiqamətində mühüm addımlar atır”.

Onun sözlərinə görə, hazırda ölkəmiz ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi, eləcə də digər üzv dövlətlərlə azad ticarət sazişləri qüvvədədir:

“Bu sazişlər çərçivəsində qarşılıqlı ticarət əməliyyatlarında güzəştli rejimlər tətbiq edilir, bu isə region daxilində mal dövriyyəsinin və iqtisadi inteqrasiyanın sürətlənməsinə mühüm töhfə verir. Belə sazişlər türk dövlətləri arasında istehsal zəncirlərinin birləşdirilməsinə, birgə sənaye və ixrac layihələrinin genişlənməsinə, həmçinin ticarətin daha liberal və səmərəli əsasda aparılmasına şərait yaradır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv