Dünyada hepatit B virusunu aşkar edən ilk test yaradıldı

Dünyada hepatit B virusunu aşkar edən ilk test yaradıldı






presstv

"Presstv"az #Epidemiya, #Jurnalistlər, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünyada ilk dəfə olaraq hepatit B virusunun diaqnostikası üçün sürətli test qeydiyyata alınıb, ki, o, həssaslığına görə PCR-lə müqayisə edilə bilər.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) mətbuat xidməti jurnalistlərə məlumat verib.

“Rospotrebnadzor”un epidemiologiya üzrə alimləri dünyada ilk olaraq ilgək vasitəsilə izotermal amplifikasiyaya (Loop mediated isothermal amplification, LAMP) əsaslanan hepatit B virusunun diaqnostikası üçün sürətli test qeydiyyata alıblar.

“Yeni test həssaslığına görə PCR metodu ilə müqayisə edilə bilər, lakin virusun olub-olmadığını cəmi 25-30 dəqiqə ərzində müəyyən etməyə imkan verir ki, bu da ənənəvi metodlarla müqayisədə diaqnostika prosesini əhəmiyyətli dərəcədə sürətləndirir”, – deyə məlumatda bildirilir.

Test hepatit B-ni sürətli və dəqiq şəkildə müəyyən etməyə kömək edir ki, bu da xəstələrin operativ aşkarlanması, terapiyanın təyin edilməsi və epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv