Bakıda tibb bacısı xəstənin qızıllarını OĞURLADI

Bakıda tibb bacısı xəstənin qızıllarını OĞURLADI






presstv

"Presstv"az #Bakı, #Cərrahi əməliyyat, #Cinayət işi, #Hadisə, #Hakim, #Sabunçu rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda tibb bacısı xidmət göstərdiyi vətəndaşın evini qarət edib.

presstvaz Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsinin Q. Vəzirov küçəsində qeydə alınıb.

Yaşadığı məhəllədə tibb bacısı kimi xidmət göstərən 36 yaşlı Nərmin Mustafayeva (ad və soyad şərtidir) zərərçəkənin evində olarkən qızılları harada gizlətdiyini görüb:

“Pərvanə cərrahi əməliyyat olunduğu üçün ona sistem qoşurdum. Bir dəfə gördüm ki, o, 2 boyunbağısını şalvarının cibinə qoyaraq, şkafda gizlətdi. Növbəti dəfə sistem qoşmağa gedəndə Pərvanənin evinin qapısı açıq idi. Səslədim, qızı çıxdı, o anasını qonşudan çağırmağa getdi. Bu zaman otağa girdim və həmin qızılları götürdüm. Səhəri günü lombardda 750 manata satdım. Pərvanə zəng edib qızılları oğurladığımı deyəndə, pulunu qaytaracağımı bildirdim. Ancaq ona dəyən ziyanı ödəyə bilmədim”.

Nərmin əməlindən peşman olduğunu deyib və himayəsində azyaşlı övladı olmasının nəzərə alınmasını xahiş edib.

İttiham aktında göstərilir ki, oğurlanan təxminən 10 qrama yaxın qızılın ümumi dəyəri 1200 manat təşkil edib.

Bu əməlinə görə, Nərminin barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (evə qanunsuz daxil olmaqla oğurluq etmək) maddəsi ilə cinayət işi başlanıb.

Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə Nərmin Mustafayeva barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv