Küçədə iki nəfərə hücum edən dəstə üzvləri ilə bağlı qərar verildi

Küçədə iki nəfərə hücum edən dəstə üzvləri ilə bağlı qərar verildi






presstv

"Presstv"az #Ali Məhkəmə, #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hadisə, #Hakim, #Mobil telefon, #Silahlı hücum, #Xətai rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ali Məhkəmədə küçədə iki nəfərə qarşı silahlı hücum etməkdə təqsirləndirilən Pərviz Xəlilov və Malik Əlizadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb.

Qeyd edək ki, hadisə avqustun 23-də paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 80 ünvanında qeydə alınıb.

Belə ki, Pərviz Tofiq oğlu Xəlilov tanışı Malik Tağı oğlu Əlizadə ilə birlikdə üzərində olan bıçağın arxası ilə İmaməli Ulduzxan oğlu Əzimzadənin burun nahiyəsindən, yumruq və təpiklə isə Rafət Rüfət oğlu Şahverənovun bədəninin müxtəlif nahiyələrindən vurub xəsarət yetirib. Daha sonra həmin şəxslər İmaməli Əzimzadə və Rafət Şahverənova məxsus iki ədəd mobil telefonu ələ keçiriblər.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq) və 181.2.5-ci maddələri cinayət işi başlanılıb, Pərviz Xəlilov və Malik Əlizadə şübhəli şəxs qismində tutulublar. Bakı Ağır Cinayətlər Məhkəməsi həmin şəxslərin barəsində ittihamedici hökm çıxarıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv