“Hamısına rüşvət vermişəm, kimə istəyirsən, de!” – “Faktor Lizinq” sakinlərin evini əlindən alıb?

“Hamısına rüşvət vermişəm, kimə istəyirsən, de!” – “Faktor Lizinq” sakinlərin evini əlindən alıb?






presstv

"Presstv"az #Audi, #Dollar, #Günəş, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Faktor Lizinq” şirkəti ilə bağlı Baku TV-nin qaynar xəttinə şikayət daxil olub. Belə ki, bir qrup vətəndaş adıçəkilən şirkətdən narazılığını bildirib.

Onların sözlərinə görə, şirkətin meneceri Ehtiram Əliyev vətəndaşların evini əllərindən alıb.

“Onlar mənə 30 min dollara qrafik açdılar. 1 il 7 ay qrafik üzrə ödəniş etdim. Sonra məni məhkəməyə verdilər. Bizim iştirakımız olmadan qızımın əşyalı evini darmadağın etdilər. Bu gün də həmin əşyaların harada olduğunu bilmirəm. Mənə “kimə istəyirsən de. Səni də, övladlarını da, kürəkənini də məhv edəcəyəm” dedi”, – şikayətçi Sevda İsgəndərova söyləyib.

Digər bir şikayətçi – Kamran Hüseynov isə belə deyib: “2021-ci ilə qədər məhkəmə prosesi getdi. Yekunda Yeni Günəşlidə olan 160-170 min manat dəyərindəki dördotaqlı evimi və 15 min dollarımı əlimdən aldı”.

Ehtiram Əliyev isə sadalanan iddiaların əsassız olduğunu bildirib: “Biz haqqımız olanı almışıq. Sevda İsgəndərovaya tərəfimizdən 10 il əvvəl vəsait ayrılıb. Onun evi təxminən borclu olduğu məbləğə satılıb. Mənə hər şeyi rüşvətlə aldığımı dedi. Ona cavab olaraq “bəli, siz elə bilin ki, mən bütün məhkəmələrə rüşvət vermişəm” dedim”.

Daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv