Argentina prezidenti kriptovalyuta ilə bağlı qalmaqala görə Konqresə çağırılıb

Argentina prezidenti kriptovalyuta ilə bağlı qalmaqala görə Konqresə çağırılıb






presstv

"Presstv"az #Araşdırma, #Argentina, #Kriptovalyuta, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Argentina parlamentinin xüsusi komissiyası $LIBRA kriptovalyutası ilə əlaqədar qalmaqalın araşdırılması çərçivəsində Prezident Xavyer Mileyi ifadə verməyə çağırıb. Bunu müxalif Vətəndaş Koalisiyası Partiyasından deputat Maksimiliano Ferraro bildirib.

presstvaz xəbər verir ki, o bunu “X” sosial platformasındakı hesabında yazıb.

“Bugünkü iclasda araşdırma üçün yeni mühüm qərarlar qəbul edildi: prezident $LIBRA ilə bağlı açıqlamalarını dəqiqləşdirməsi və ya genişləndirməsi üçün Konqresə çağırılmalıdır, çünki onun yerli alıcılar və zərərçəkənlər haqqında sözləri ilə “Ripio” platformasının təqdim etdiyi məlumatlar arasında ziddiyyətlər aşkar olunub”, – deyə o yazıb.

“Ripio” kriptoplatforması Argentina parlamenti deputatlarının sorğusuna cavab olaraq bildirib ki, $LIBRA əldə etmək üçün onun xidmətlərindən 1 329 nəfər ölkə vətəndaşı və 29 nəfər xarici vətəndaş istifadə edib. Miley isə iddia edib ki, kriptovalyuta alanlar arasında argentinalılar heç olmayıblar.

Komissiya, həmçinin onun prezident dəftərxanasının katibi vəzifəsini tutan bacısı Karina Mileyin məhkəmə qarşısına çıxarılmasını təmin etmək üçün hüquq-mühafizə orqanlarına müraciət edilməsi təklifini bəyənib. Bildirilir ki, Karina hələ sentyabrın əvvəlində Konqresə çağırılsa da, parlamentin qərarına tabe olmayıb. Bundan əlavə, qanunvericilər Xavyer Mileyin, onun bacısının, eləcə də onların ətrafındakı bir neçə ictimai xadimin kriptovalyuta hesabları haqqında məlumat tələb ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv