Nikol Paşinyan: “İlham Əliyevin qərarı çox pozitivdir”

Nikol Paşinyan: “İlham Əliyevin qərarı çox pozitivdir”






presstv

"Presstv"az #Azərbaycan, #Cənubi Qafqaz, #Ermənistan, #Gürcüstan, #İlham Əliyev, #Nikol Paşinyan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baş nazir Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatına toxunaraq bu qərarın pozitiv olduğunu bildirib.

presstvaz “Report”a istinadən xəbər verir ki, o, bu qərarın regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib: “Bu sülh region üçün çox vacibdir”.

Baş nazir həmçinin qeyd edib ki, forum region ölkələri arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır və bu platformanın sayəsində Ermənistanın Azərbaycanla sülhə daha da yaxınlaşıb.

N.Paşinyan bəyan edib ki, V Tbilisi İpək Yolu Forumu region ölkələrini birləşdirən vacib təşəbbüsdür və qarşılıqlı əlaqələrin dərinləşməsinə xidmət edir:

“Bu böyük layihə yalnız iqtisadi deyil, həm də sülh və sabitlik üçün önəmli addımdır. Onun nəticələrindən biri kimi Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən sülh yolu açılacaq”.

Baş nazir vurğulayıb ki, Gürcüstanın dialoq və əməkdaşlıq üçün yaratdığı mühit Cənubi Qafqazda sabitlik və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir:

“Regiondakı kommunikasiyaların, yolların və iqtisadi əlaqələrin inkişafı Cənubi Qafqazda sülh və rifahı möhkəmləndirəcək. Əlaqələrin qurulması və əməkdaşlığın genişlənməsi region ölkələrinə daha çox imkanlar, inkişaf və firavanlıq gətirəcək. Bu, Cənubi Qafqazda sülhü daha da möhkəmləndirəcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv