Baş nazir: “Azərbaycanla Gürcüstan Orta dəhlizin formalaşması və inkişafında aparıcı mövqe tutur”

Baş nazir: “Azərbaycanla Gürcüstan Orta dəhlizin formalaşması və inkişafında aparıcı mövqe tutur”






presstv

"Presstv"az #Azərbaycan, #Əli Əsədov, #Gürcüstan, #Nəqliyyat, #Orta Dəhliz

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanla Gürcüstan strateji nəqliyyat yolu olan Orta dəhlizin formalaşması və inkişafında aparıcı mövqe tutur”.

presstvaz “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov 5-ci Tbilisi İpək Yolu Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər iki ölkə həm coğrafi mövqelərinə, həm də müasir nəqliyyat infrastrukturuna görə Orta dəhlizin ən mühüm iştirakçıları sırasındadır:

“Bu istiqamətdə səylərimizi birləşdirərək, dəhliz boyunca infrastrukturun genişləndirilməsi, keçid proseslərinin sadələşdirilməsi və tranzit imkanlarının artırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atırıq”.

Əli Əsədov qeyd edib ki, liman və logistika mərkəzlərinin modernləşdirilməsi, rəqəmsal həllərin tətbiqi kimi layihələr bu əməkdaşlığın bariz nümunələridir:

“Görülən tədbirlər nəticəsində son üç ildə Orta Dəhliz üzrə tranzit yük həcmləri təxminən 90% artıb ki, bu, onun səmərəliliyini və artan aktuallığını nümayiş etdirir. Bununla yanaşı, dəhliz üzrə yük daşımaların tranzit müddəti (15 günə enib) əhəmiyyətli dərəcədə azalıb”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv