Dünya nəhəngi “Camper” ayaqqabı brendi artıq Bakıda

Dünya nəhəngi “Camper” ayaqqabı brendi artıq Bakıda






presstv

"Presstv"az #Ailə, #Ayaqqabı, #Bakı, #İspaniya, #İspaniyanın, #London, #Milan, #Neftçi, #Paris

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dözümlülüyü və fərqli görünüşü ilə dünya ayaqqabı istehsalında ön cərgədə qərarlaşan və lider mövqeyini qoruyub saxlayan “Camper” ayaqqabı markasının Bakıda ilk sərgi satış salonu fəaliyyətə başlayıb. Bakının tam mərkəzində, ölkənin ilk AVM-i “Park Bulvar” Ticarət Mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən “Camper” zövqü, keyfiyyəti və inamlı addımları sevən hər kəsin yolunu gözləyir.

“Camper”də ayaqqabıların əksəriyyətinə ömürlük istehsalçı zəmanəti təqdim edilir. (minimal zəmanət iki ildir) Bu isə brendin keyfiyyətinin və müştərilərini düşünməsinin açıq göstəricisidir.

“Camper”in tarixi

Əsası 1877-ci ildə Fluxa ailəsi tərəfindən İspaniyada qoyulub. 1975-ci ildə Fluxa ailəsinin dördüncü nəsil nümayəndəsi Lorenzo Fluxa İspaniyanın Mallorca adasında “Camper” markasını yaradıb.

Markanın inkişafı

1980-ci illərdə “Camper” brendi İspaniyada sevilərək bütün ölkədə tanındı. Bundan sonra “Camper” qlobal bazarlara addım atmağa başladı. İlk xarici mağazasını 1992-ci ildə Parisdə açdı. Ardınca London, Milan, Tokio kimi şəhərlərdən gələn təklifləri dəyərləndirərək mağaza şəbəkəsini böyütdü. Hazırda dünyanın 50-dən çox ölkəsində 500-ə yaxın mağaza ilə fəaliyyət göstərir.

“Camper” adının mənası

“Camper” sözü Katalon dilində “kəndli” və ya “çöl adamı” mənalarını bildirir. Bu isə brendə məxsus ayaqqabıların sadə , rahat və funksional dizayna önəm verməsini ifadə edir.

“Camper”in marka kimi ilk dizaynı

“Camper”in ilk ən məşhur dizaynlarından biri “Camaleon” ayaqqabısı olub. “Camaleon” dəb dünyasında bu gün də xatırlanan sadəliyi və rahatlığı ilə xatırlanır.

“Camper” fəlsəfəsi

“Camper” ayaqqabılarında ənənəvi ustalıq ilə müasir istehsal texnologiyaları kreativ dizaynla vəhdət təşkil edir. Bu isə onların istehsal fəlsəfələrinin özəyidir.

“Camper”in istehsal məhsulları və texnologiyası

Ayaqqabıların istehsalında “Premium Calfskin” adlanan dana dərisindən istifadə olunur. Bu dəri lüks markaların istehsalı üçün nəzərdə tutulan dəridir. “Camper”ə məxsus ayaqqabılar müasir texnologiyalar olan “Gore-Tex”, “Hydro Shield”, “Ortholite Recycled”, “XL Extralight” və “Vibram” əsasında istehsal olunur.

“Camper”bu gün

“Camper” bu gün dəb dünyasının öndə olan ayaqqabı brendlərindən biri olmaqla yanaşı həm də, aksesuar və bir sıra geyim markaları da istehsal edir.

“Camper” dünya dəb industriyasının tanınmış simalarının gündəlik həyatda sevə-sevə istifadə etdiyi markalar sırasında ön plandadır. Brend dəfələrlə məşhur “Fashion TV”də müxtəlif sorğularda lider mövqedə olub.

Siz də inamlı addımlarınızı “Camper” ilə atın. “Camper” ilə atılan addımlar inamlı və möhkəm olur.

Ünvan: Neftçilər pr. “Park Bulvar” AVM

Əlaqə nömrəsi: 099 339 91 71


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv