La Liqa: ABŞ-də keçiriləcək “Vilyarreal” – “Barselona” matçı ləğv edildi

La Liqa: ABŞ-də keçiriləcək “Vilyarreal” – “Barselona” matçı ləğv edildi






presstv

"Presstv"az #"Real Madrid", #Audi, #Futbol, #İspaniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

La Liqa dekabrın 20-də Mayamidə keçiriləcək 17-ci turun “Vilyarreal” – “Barselona” matçının ləğv edildiyini açıqlayıb.

presstvaz xəbər verir ki, bu barədə çempionatın sosial media səhifəsində məlumat yayılıb.

“La Liqa İspaniya futbolunun beynəlmiləlləşməsi üçün tarixi və unikal fürsəti təmsil edən bu layihənin həyata keçirilə bilməyəcəyinə görə çox təəssüflənir. Sərhədlərimizdən kənarda rəsmi matça ev sahibliyi etmək çempionatımızın qlobal genişlənməsi, klubların beynəlxalq mövcudluğunun gücləndirilməsi və İspaniya futbol brendinin strateji bazarda güclənməsi üçün həlledici addım olardı”, – La Liqanın bəyanatında deyilir.

Qeyd edək ki, planlaşdırılan matç “Real Madrid” başda olmaqla La Liqanın digər klublarının ciddi etirazlarına səbəb olub. Digər tərəfdən, Mayamidəki matçın təşkilatçıları da tədbirə lazımi səviyyədə hazırlaşmaq üçün vaxtlarının olmadığını bildiriblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv