İstanbulda bıçaqlanaraq öldürülən məşhur italiyalı aşpazın oğlunun qatillərinə hökm oxundu

İstanbulda bıçaqlanaraq öldürülən məşhur italiyalı aşpazın oğlunun qatillərinə hökm oxundu






presstv

"Presstv"az #Audi, #Haber Global, #Hakim, #Həkim, #İstanbul, #Məhkum, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunda məşhur italiyalı aşpaz Andrea Minqutsinin oğlu, 15 yaşlı Mattia Ahmet Minqutsinin bıçaqlanaraq qətlə yetirilməsinə dair məhkəmə prosesi başa çatıb.

İş üzrə mühakimə olunan 4 müttəhim barəsində hökm oxunub.

Bu barədə presstvaz “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, iki müttəhimə törətdiyi cinayətə görə nəzərdə tutulan cəza ağırlaşdırılmış ömürlük azadlıqdan məhrumetmə olsa da, yaşları 18-dən az olduğu üçün məhkəmə 24 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Digər iki təqsirləndirilən şəxsin isə sərbəst buraxılmasına qərar verilib.

Hökmdən sonra ölən uşağın anası Yasemin Minqutsi qərarla bağlı fikrini ifadə edib.

“Mən artıq sadəcə ilahi ədalətə güvənirəm, o qədər”, – deyə o bildirib.

Həbs olunan müttəhimlər məhkəmədə peşman olduqlarını və baş verənlərdən kədərləndiklərini dilə gətiriblər.

Xatırladaq ki, İstanbulun Kadıköy rayonunda xırdavat bazarında bir qrup yeniyetmə məşhur italiyalı aşpazın oğlu Mattia Ahmet Minqutsiyə azı beş bıçaq zərbəsi vurub. Ona yaxınlıqda olan həkim ilkin müdaxilə edib və xəstəxanaya yerləşdirilib. Lakin günlərlə davam edən müalicələr nəticə verməyib və Ahmet Minqutsi həyatını itirib.

Qeyd edək ki, Mattia Ahmet Minqutsi İstanbulda məşhur italyan restoranının aşpazı Andrea Minqutsi və türk violonçel ifaçısı Yasemin Akıncıların oğludur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv