Vilnüs hadisələri qurbanlarının qohumları Qorbaçovun varislərindən təzminat istəyəcək

Vilnüs hadisələri qurbanlarının qohumları Qorbaçovun varislərindən təzminat istəyəcək






presstv

"Presstv"az #Ali Məhkəmə, #Audi, #Avto, #Hadisə, #Məhkum, #Müharibə, #Müharibə cinayətləri, #SSRİ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Litva Ali Məhkəməsi 1991-ci il yanvarın 13-də baş vermiş Vilnüs hadisələrinin (televiziyanın ələ keçirilməsi cəhdi zamanı baş verən faciə) qurbanlarının qohumlarına SSRİ-nin rəhbəri olmuş Mixail Qorbaçovun varislərindən təzminat tələb etmələri üçün icazə verib.

presstvaz-ın xəbərinə görə, bu barədə “İzvestiya” nəşri məlumat verib.

Qeyd edək ki, 1991-ci ilin yanvar hadisələri ilə bağlı məhkəmə prosesi Vilnüsdə 2019-cu ilin martında başa çatıb. Litva məhkəməsi 67 nəfəri ölkə vətəndaşının qəsdən öldürülməsində təqsirli bilib, onlardan 65-i qiyabi məhkum edilib.

Vilnüs məhkəmə prosesinə Qorbaçovu cəlb etməyə cəhd etsə də, Moskva keçmiş siyasətçini dindirməkdən imtina edib. 2021-ci ilin yanvarında yanvar hadisələri zamanı həlak olan 4 nəfərin qohumları Qorbaçova qarşı məhkəmə iddiası qaldıraraq, 90 yaşlı siyasətçinin onların yaxınlarının ölümünə görə məsuliyyətə cəlb olunmasını tələb ediblər.

2022-ci ildə Qorbaçovun ölümündən sonra da məhkəmə prosesi başa çatmayıb. Üç il sonra məhkəmə qərar çıxarıb ki, zərərçəkmişlər öz iddialarını keçmiş SSRİ rəhbərinin varislərinə yönləndirə bilərlər.

Qeyd edək ki, Litva müstəqilliyini elan edib SSRİ-dən ayrıldıqdan sonra 1991-ci il yanvarın 13-də sovet qoşunları Vilnüsdə dövlət telekanallarının yayımını dayandırmaq üçün televiziya mərkəzini və teleqülləni zorla ələ keçirməyə cəhd göstəriblər. Həmin vaxt sovet hərbi maşınlarından ibarət kolon şəhər mərkəzinə göndərilib. Qülləni müdafiə etmək istəyən silahsız insanlara qarşı qoşunlar, zirehli texnika, qumbaraatan və avtomatlardan istifadə edilib. Hücum nəticəsində 14 nəfər ölüb, 600-dən çox yaralanıb, həmçinin digər yerlərdə də bu hadisələrlə əlaqəli ölənlər və yaralananlar olub.

Sonradan bir çox sovet hərbçiləri və zabitləri Litva məhkəməsi tərəfindən insanlığa qarşı cinayətlərə və müharibə cinayətlərinə görə qiyabi məhkum edilib.

Bu hadisələrin ildönümü – hər il yanvarın 13-ü Litvada Azadlıq Müdafiəçiləri Günü kimi qeyd edilir. Qüllənin yaxınlığında qurbanların xatirəsinə abidə ucaldılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv