Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başladı: Paketin qiyməti məlum oldu

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başladı: Paketin qiyməti məlum oldu






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Azərbaycan, #Bakı, #Dollar, #Nəqliyyat, #Qafqaz Müsəlmanları İdarəsi (QMİ), #Sağlamlıq, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu il Həcc ziyarəti üçün sənədlərin qəbuluna artıq indidən start verilir.

Bu barədə presstvaz-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

Onun sözlərinə görə, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə getmək istəyən dindarlar üçün sənədlərin qəbuluna başlayıb. Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər:

1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

2) Şəxsiyyət vəsiqəsinin surəti;

3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4) Sağlamlıq haqqında arayış.

Sənədlərin qəbulu 22 oktyabr 2025-ci il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Qeyd edilir ki, yerlər məhduddur və sənədlərin qəbulu prosesinin daha erkən bitirilməsi nəzərdə tutulur.

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başladı: Paketin qiyməti məlum oldu


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv