Lavrov-Rubio görüşü təxirə salınıb?

Lavrov-Rubio görüşü təxirə salınıb?






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Donald Tramp, #Macarıstan, #Münaqişə, #Rusiya, #Sergey Lavrov, #Ukrayna, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın XİN başçısı Sergey Lavrovla ABŞ Dövlət katibi Marko Rubio arasında baş tutacaq görüşün təxirə salınması ilə bağlı yayılan məlumatları təkzib edib.

presstvaz xəbər verir ki, onun bu barədə bəyanatını “RIA Novosti” yayıb.

“Bir şey ki razılaşdırılmayıb, onu təxirə salmaq da mümkün deyil. Bəzi Qərb mənbələrinin dünən yazdıqlarını biz təsdiq etməmişik. Belə bir görüşün vaxtı və yeri barədə heç bir təsəvvürümüz yoxdur”, – deyə diplomat bildirib.

O, həm də vurğulayıb ki, sözügedən görüş əhəmiyyətli olduğu üçün böyük hazırlıq işləri tələb edir.

09:52

Bu həftə Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio arasında gözlənilən görüş hələlik təxirə salınıb.

presstvaz xəbər verir ki, bu barədəCNN telekanalı Ağ Ev nümayəndəsinə istinadla məlumat yayıb.

Bildirilir ki, görüşün təxirə salınması səbəbi açıqlanmır.

Mənbənin sözlərinə görə, Lavrovla Rubionun Ukraynada hərbi münaqişənin başa çatması ilə əlaqədar fərqli gözləntiləri var.

Bildirilir ki, danışıqların təxirə salınması səbəbindən ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin tezliklə görüşmək ümidləri puç ola bilər.

Məlumatda qeyd edilib ki, Rusiya xarici işlər naziri və ABŞ Dövlət katibi bu həftə yenidən danışa bilərlər.

Oktyabrın 16-da Rusiya və ABŞ prezidentləri arasında telefon söhbəti olub. Söhbət təxminən iki saat davam edib. Danışıqların yekunlarına görə, onlar bu il ikinci dəfə görüş keçirməyə razılaşıblar. Görüşün tarixi açıqlanmasa da, onun Budapeştdə keçiriləcəyi təsdiqlənib.

Oktyabrın 20-də Kreml Macarıstandakı sammitə hərtərəfli hazırlığın başlanğıcını elan edib. Həmin günün axşamı Sergey Lavrov və Marko Rubio telefonla danışıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv