Neftçalada sakinlərin kabusuna çevrilən problem niyə həll edilmir?

Neftçalada sakinlərin kabusuna çevrilən problem niyə həll edilmir?






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Neftçalada Kür çayı üzərindəki körpü qəzalı vəziyyətdədir. Uzunluğu 300, eni 8 metr olan yol ötürücüsü 1991-ci ildə istifadəyə verilib.

Hər an təhlükə ilə üz-üzə qalan sakinlər aidiyyəti qurumdan kömək istəyirlər. “Körpü neçə ildir qəzalı vəziyyətdədir. Buradan keçən maşınlar dərələrə düşürlər. Belə şey olmaz, problem həll olunmalıdır”, -sakinlərdən biri söyləyib.

Digər bir vətəndaş isə belə deyib: “Gecə vaxtı burada hərəkət etmək çox təhlükəlidir. Körpünün ortası uçub, buradan keçəndə maşının salamat yeri qalmır”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən ərazidə körpünün inşası ilə bağlı qurum tərəfindən təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub: “Həmin təkliflər əsasında maliyyə vəsaiti ayrılan kimi ərazidə tərəfimizdən yeni körpünün inşasına başlanılacaq”.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv