“Axios”: “Stiven Uitkoff diqqətini İsraildə atəşkəsin möhkəmləndirilməsi üzərində cəmləşdirəcək”

“Axios”: “Stiven Uitkoff diqqətini İsraildə atəşkəsin möhkəmləndirilməsi üzərində cəmləşdirəcək”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Ailə, #Audi, #Bələdiyyə, #HƏMAS hərəkatı, #Humanitar yardım, #İsrail, #Qəzza, #Qəzza zolağı, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidentinin sülhyaratma missiyaları üzrə xüsusi elçisi Stiven Uitkoffun və kürəkəni Cared Kuşnerin bu həftə İsrailə gözlənilən səfəri Qəzza zolağında atəşkəs rejiminin sabitləşdirilməsinə və tərəflərin sülh sazişinin növbəti mərhələsinə keçmələri üçün konkret tədbirlərin görülməsinə həsr olunacaq.

presstvaz xəbər verir ki, bu barədə “Axios” portalı yazıb.

Yazıda deyilir ki, onlar Fələstinin HƏMAS hərəkatı tərəfindən israilli girovlarının cəsədlərinin qaytarılmasına nəzarət, Qəzza zolağına humanitar yardımın daxil olması məsələləri üzrə İsrail və BMT orqanları arasında yaranan ixtilafların yoluna qoyulması tədbirlərini müzakirə edəcəklər. Bundan əlavə, Uitkoff İsrail dövlətinin nümayəndələri ilə beynəlxalq sabitləşdirici qüvvələrin yaradılmasını müzakirə edəcək, HƏMAS-ın tərksilah edilməsi və Qəzzanın hərbsizləşdirilməsinə dair yeni təkliflər verəcək.

Ağ Evin adı açıqlanmayan yüksəkvəzifəli rəsmilərindən biri “Axios”a bildirib ki, əsl iş indi başlayır. Qəzzanın infrastrukturunun mövcud vəziyyəti nəzərə alınarsa, yaxın günlərdə bələdiyyələr səviyyəsində idarə etməyi bacaran, sutəmizləyici qurğuların inşasından və onların idarə olunmasından başı çıxan adamlara çox ehtiyac olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv