Bakıda kafedə dava: Ofisiant sərxoş müştərini bıçaqladı

Bakıda kafedə dava: Ofisiant sərxoş müştərini bıçaqladı






presstv

"Presstv"az #Ailə, #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hadisə, #Xəzər rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda kafedə müştəri bıçaqlanıb.

presstvaz-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi 2146-cı məhəllə ünvanında yerləşən kafedə baş verib.

Faiq adlı müştəri sərxoş vəziyyətdə kafeyə gələrək, tanımadığı şəxslərin masasında əyləşib, pivə sifariş verib. Kafedə ofisiant işləyən Arif Məmmədov (ad və soyad şərtidir) ona yaxınlaşıb sifarişi götürüb və müştəriyə pivə gətirib. Pivəni içən Faiq masada əyləşən şəxslərlə mübahisə edib və söyüş söyüb. Ofisiant mübahisəni sakitləşdirib və masada oturan digər müştərilərdən üzr istəyib, Faiqin sərxoş olduğunu deyib.

Mübahisə sakitləşib və Faiq kafedən çıxıb. Bir neçə dəqiqədən sonra o, yenidən kafeyə qayıdaraq Arifi söyüb. Arif onu yenidən sakitləşdirərək, evlərinə getməsini xahiş etsə də, Faiq yenidən onun ailə üzvlərini təhqir edib. Əsəblərini cilovlaya bilməyən Arif pəncərənin qarşısındakı mətbəx bıçağını götürərək, onu bıçaqlayıb.

Daha sonra Arif təcili yardım çağıraraq, Faiqi xəstəxanaya aparıb və polisə məlumat verib.

Faktla bağlı cinayət işi başlanıb və A.Məmmədov saxlanılıb.

İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə istintaqı dövründə Faiq öz günahını etiraf edib.

Məhkəmənin hökmü ilə A.Məmmədov 3 il azadlıqdan məhrum edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv