Lerikdə müəllim direktor tərəfindən döyüldüyünü iddia edir

Lerikdə müəllim direktor tərəfindən döyüldüyünü iddia edir






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Lənkəran, #Lənkəran-Astara Regional Təhsil İdarəsi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Lerikdə müəllim direktor tərəfindən döyüldüyünü iddia edir.

presstvaz “Teleqraf”a istinadən xəbər verir ki, Lerik rayonunun Züvüc kəndində müəllimlə məktəb direktoru arasında insident baş verib.

İbtidai sinif müəllimi Qalib Xosuyev məktəb direktoru Sahil Ağayev tərəfindən döyüldüyünü və uzun müddətdir təzyiqlərə məruz qaldığını iddia edir.

Qalib Xosuyevin sözlərinə görə, son üç ildə məktəbdəki fəaliyyətində bir sıra haqsızlıqlarla üzləşib. O bildirib ki, əvvəlcə məktəbəqədər hazırlıq qrupunda bir il dərs deməsinə baxmayaraq, həmin sinif qanunsuz şəkildə əlindən alınıb və başqa müəllimlərə verilib. Müəllimin bu vəziyyətə etiraz etməsi isə fiziki və mənəvi təzyiqlərlə nəticələnib.

O, həmçinin direktor Sahil Ağayevi 10-cu sinifdə oxuyan qızı ilə bağlı əsassız məlumatlar yaymaqda ittiham edir.

Qalib Xosuyev hesab edir ki, bu təzyiqlər onun direktorun bəzi qanunsuz fəaliyyətlərini ifşa etməsi ilə bağlıdır.

Hazırda məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.

Qurumdan bildirilib ki, bütün iddialar diqqətlə incələnəcək və qanunvericiliyə uyğun tədbirlər görüləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv