Rusiyada şaurmadan kütləvi zəhərlənmə

Rusiyada şaurmadan kütləvi zəhərlənmə






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Cinayət işi, #Qida məhsulları, #Rusiya, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Federasiyasının Buryatiya Respublikasının paytaxtı Ulan-Udedə 36 nəfər zəhərlənmə simptomları ilə xəstəxanaya yerləşdirilib.

presstvaz bildirir ki, bu barədə Buryatiyanın səhiyyə naziri Yevgeniya Ludupova öz “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilənlərdən 21-i 7-15 yaş arası uşaqdır:

“Ümumilikdə isə 43 zəhərlənmə faktı qeydə alınıb. Pasiyentlərdən birinin vəziyyəti ağırdır və o reanimasiyadadır. Digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilir”.

Zərərçəkənlər Ulan-Ude şəhərindəki “Nikolayevski” ticarət şəbəkəsinin müxtəlif mağazalarında satılan “Vostok” şirkətinin hazır qida məhsullarını yeyiblər.

Mütəxəssislər Buryatiyada şaurma yedikdən sonra zəhərlənən üç nəfərə salmonellyoz diaqnozu qoyublar.

Fakt üzrə cinayət işi qaldırılıb, araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv