Yeni qaydalar taksi xidmətində bahalaşmaya səbəb olacaq? – RƏSMİ

Yeni qaydalar taksi xidmətində bahalaşmaya səbəb olacaq? – RƏSMİ






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Azərbaycan, #Nəqliyyat, #Taksi fəaliyyəti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qanunvericiliyin tələblərinə uyğun olaraq, taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyət tətbiq ediləcəyi barədə 60 gün öncədən məlumat verilməlidir”.

presstvaz İTV-yə istinadən xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətinin rəhbəri Tural Orucov bildirib.

Onun sözlərinə görə, taksi fəaliyyəti üçün buraxılış vəsiqələri və buraxılış kartlarının verilməsi 31 dekabra qədər davam edəcək. Bu qərar 1 noyabr tarixindən qüvvəyə minir.

Tural Orucov bildirib ki, növbəti illərdə istehsal tarixindən 15 il keçmiş avtomobillərin taksi fəaliyyəti üçün istifadəsi mümkün olmayacaq. Bu səbəbdən köhnə nəqliyyat vasitələrinin, xüsusən 2011-ci il istehsalı olan avtomobillərin müvafiq müddət ərzində yenilənməsi tövsiyə olunur.

O əlavə edib ki, kvotanın tətbiqindən sonra qiymətlərin artacağı və sürücülərin iş yerlərini itirəcəyi ilə bağlı yayılan məlumatlar yanlışdır:

“Hazırda taksi fəaliyyəti üçün 35 min aktiv icazə mövcuddur. Gün ərzində bunlardan yalnız 22-23 min avtomobil xidmət göstərir. Yəni bazara 25 min kvota tətbiqi çatışmazlıq yaratmayacaq. Əksinə, peşəkar əmək bazarı formalaşacaq və sərnişinlərə göstərilən xidmətin keyfiyyəti yüksələcək”.

Tural Orucov qeyd edib ki, limit yalnız nəqliyyat vasitələrinin sayına tətbiq olunacaq və sürücülərin iş yerlərinə təsir göstərməyəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv