Bu meyvələri birlikdə yemək olmaz – Diyetoloqlardan XƏBƏRDARLIQ

Bu meyvələri birlikdə yemək olmaz – Diyetoloqlardan XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Sağlamlıq, #Xurma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Meyvələr orqanizm üçün son dərəcə faydalı olsa da, onların düzgün şəkildə istehlak olunmaması bəzi sağlamlıq problemlərinə səbəb ola bilər.

presstvaz xəbər verir ki, xüsusilə də bəzi meyvələrin birlikdə yeyilməsi həzm sisteminə mənfi təsir göstərə, qarında köp, qaz, həzmsizlik, hətta allergik reaksiyalar yarada bilər. Diyetoloqlar bu barədə ciddi xəbərdarlıq edir. Diyetoloqlar meyvələri əsasən üç qrupa bölür: turş meyvələr (limon, portağal, naringi, kivi, ananas), şirin meyvələr (banan, xurma, üzüm, şaftalı), və yarımturş meyvələr (alma, armud, ərik, albalı). Bu meyvə qruplarını bir-biri ilə qarışdırmaq bəzi hallarda həzm problemlərinə yol aça bilər. Banana ilə portağal və ya kivi kimi turş meyvələrin birlikdə yeyilməsi bağırsaqlarda fermentasiya prosesini sürətləndirə bilər, nəticədə qaz, köp və həzmsizlik yaranır. Qarpız çox su və şəkər ehtiva etdiyindən, digər meyvələrlə birlikdə yeyilməsi tövsiyə olunmur, bu, həzmi çətinləşdirə və qarında diskomfort yarada bilər. Süd ilə turş meyvələrin, məsələn portağal və ya kivi ilə smuzi hazırlanması südün laxtalanmasına və mədə pozğunluğuna səbəb ola bilər. Üzüm ilə alma və ya armud birlikdə yeyildikdə qaz və köp yarada bilər.

Diyetoloqlar xüsusilə mədə-bağırsaq problemləri yaşayan şəxslərin və uşaqların meyvə qarışıqlarına diqqət etməsini tövsiyə edirlər. Uşaqlarda qarışıq meyvə püre və ya salatlarının bəzən allergik reaksiyalara və ya qarın ağrılarına səbəb olduğu müşahidə olunub. Ən doğru meyvə istehlakı forması meyvələri tək halda və əsasən acqarına yeməkdir. Bu zaman meyvənin tərkibindəki vitamin və minerallar orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Nəticə olaraq, meyvə sağlamlıq üçün vacib qida qrupudur, lakin düzgün birləşdirilmədikdə əks effekt verə bilər. Qidalanma üzrə mütəxəssislər meyvə seçimində və istehlak formasında diqqətli olmağı tövsiyə edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv