Erməni futbolçu “İlin centlmeni” nominasiyasını almaq şansını itirdi

Erməni futbolçu “İlin centlmeni” nominasiyasını almaq şansını itirdi






presstv

"Presstv"az #Audi, #Futbol, #Premyer Liqası, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın “Krasnodar” klubunun erməni yarımmüdafiəçisi Eduard Spertsyan Rusiya Premyer Liqasının 11-ci turunda “Axmat”la oyununda baş vermiş səs-küylü insidentdən sonra “İlin centlmeni” mükafatını almaq şansını itirib.

presstvaz “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, mükafatı verən qurumun təşkilat komitəsi Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsinin qalmaqalla bağlı iclasından sonra belə qərar qəbul edib.

“Mövcud vəziyyətdə əhəmiyyətli ictimai etirazı nəzərə alaraq, biz “Krasnodar”ın oyunçusunu namizədlər siyahısında saxlamağı məqsədəuyğun hesab etmirik”, – deyə təşkilat komitəsinin rəsmi açıqlamasında bildirilib.

Yada salaq ki, qalmaqal Rusiya Premyer Liqasının 11-ci turunun “Krasnodar” – “Axmat” görüşünün 85-ci dəqiqəsində baş verib. “Axmat”lı Usman Ndonq erməni futbolçunu vurduğundan, birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Matçdan sonra “Axmat”ın müdafiəçisi “Krasnodar”ın kapitanının irqçi ifadələr işlətdiyini, Spertsyan isə rəqib futbolçunun onun anasına söydüyünü iddia edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv