Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasını ziyarət edib

Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasını ziyarət edib






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Kitab, #Mehriban Əliyeva, #Papa Fransisk

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 17-də Vatikan Apostol Kitabxanasında olub.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi Birinci vitse-prezident Mehriban Əliyevaya Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi arasında bu yaxınlarda imzalanmış Anlaşma Memorandumu çərçivəsində bərpa olunan və rəqəmsallaşdırılan tarixi əlyazmalar, həmçinin tarixi mənbələr haqqında məlumat verib.

Diqqətə çatdırılıb ki, 2013-cü və 2014-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan Apostol Kitabxanasında aşkar edilmiş Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən türkdilli irsin qorunması kontekstində əhəmiyyətə malik 75 əlyazmanın bərpası və rəqəmsallaşdırılması artıq həyata keçirilib.

Qeyd olunub ki, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi ilə əməkdaşlıq azərbaycanlı alim və tədqiqatçılara burada mühafizə olunan nadir əlyazmalara, qədim xəritələrə, eləcə də müxtəlif dillərdə dəyərli nəşrlərə çıxış imkanı verəcək. Bildirilib ki, bu, gələcəkdə, həmçinin Azərbaycanın tarixi və mədəni irsi barədə yeni və mühüm məlumatların əldə olunmasına şərait yaradacaq.

Xatırladaq ki, Vatikan Apostol Kitabxanası dünyanın ən qədim və zəngin kitabxanalarından biridir. Onun əsası rəsmi olaraq 1475-ci ildə Papa IV Sikstus tərəfindən qoyulub. Bu kitabxanada tarix, din və mədəniyyətlə bağlı 80 mindən çox əlyazma, 1,6 milyondan çox kitab mühafizə olunur. Əsas kolleksiyaları qədim əlyazmalar, inkunabullar (XV əsrə aid kitablar), xəritələr, qravürlər və yazılı sənədlərdən ibarətdir. Kitabxana tədqiqatçıların və alimlərin elmi araşdırmaları üçün açıqdır.

Vatikan Apostol Arxivi Müqəddəs Taxt-Tacın əsrlər boyu topladığı rəsmi sənədlərin, məktubların və inzibati yazışmaların qorunduğu müqəddəs və elmi cəhətdən dəyərli məkandır. Bu arxiv həm kilsə, həm də dünya tarixi baxımından nadir və bənzərsiz irsi özündə cəmləşdirir. Uzun illər “Gizli Vatikan Arxivi” kimi tanınan bu məkanın adı 2019-cu ildə Papa Fransisk tərəfindən dəyişdirilərək Vatikan Apostol Arxivi adlandırılıb.

Dünyanın ən böyük tarixi arxivlərindən biri sayılan Vatikan Apostol Arxivində IX əsrdən günümüzədək olan dövrə aid sənədlər toplanıb. Bu arxiv Katolik Kilsəsinin yaddaşı hesab olunur. Onun funksiyası kilsənin tarixi qərarlarının, mövqelərinin və diplomatik münasibətlərinin gələcək nəsillər üçün saxlanmasını təmin etməkdir. Arxiv birbaşa Papaya tabedir və onun təyin etdiyi prefekt tərəfindən idarə olunur.

Sonda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Apostol Kitabxanasına Azərbaycanın tarixi, təbiəti və mədəni irsinə həsr olunmuş bir sıra kitab və nəşrlər hədiyyə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv