Mehriban Əliyeva Vatikanda Müqəddəs Pyotr Bazilikasında görülmüş bərpa işləri ilə tanış olub

Mehriban Əliyeva Vatikanda Müqəddəs Pyotr Bazilikasında görülmüş bərpa işləri ilə tanış olub






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Mehriban Əliyeva, #Roma Papası, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında həyata keçirilmiş bərpa işləri ilə tanış olub.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Qambetti Birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən bərpa işləri barədə məlumat verib.

Bildirilib ki, Müqəddəs Pyotr Bazilikası dünyanın ən böyük kilsəsi olmaqla katolik aləminin dini mərkəzi hesab edilir və Vatikandakı dörd Papa bazilikasından biridir. Həmçinin kilsə memarlıq baxımından bəşəriyyətin ən möhtəşəm tikililərindən sayılır. Əsası IV əsrdə qoyulsa da, mövcud bina XVI-XVII əsrləri təmsil edir.

Diqqətə çatdırılıb ki, kilsənin rəhbəri Papa hesab olunur və onun idarəçiliyi Müqəddəs Taxt-Tacın rəhbəri tərəfindən təyin edilən kardinala həvalə olunur. Həmin kardinal, eyni zamanda, Vatikan şəhər-dövlətinin baş keşişi statusunu daşıyır. 2021-ci il fevralın 20-dən italyanəsilli kardinal Mauro Qambetti Müqəddəs Pyotr Bazilikasının rəhbəri vəzifəsini tutur.

Qeyd edək ki, 2019-cu il fevralın 28-də Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Bazilikası arasında kilsədə yerləşən “Roma Papası I Leo ilə Hun imperatoru Atillanın görüşü” barelyefi və bazilikanın nekropolundakı “Tullius Zetus” məqbərəsinin bərpasına dair müqavilə imzalanıb. Layihə üzrə bərpa işləri başa çatdırılıb.

Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Qambetti Birinci vitse-prezident Mehriban Əliyevaya kilsədə görülən bərpa işlərinin yüksək səviyyədə və qısa zamanda həyata keçirilməsinə görə dərin təşəkkürünü ifadə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv