Romada araşdırmaçı jurnalistin avtomobili partladılıb

Romada araşdırmaçı jurnalistin avtomobili partladılıb






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avto, #avtomobillər, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Romada italiyalı jurnalist Siqfrido Ranuççinin avtomobili partladılıb. Partlayış nəticəsində onun və qızının yaxınlıqda park edilmiş avtomobillərinə ciddi ziyan dəyib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Rai” dövlət televiziyasının araşdırma proqramının aparıcısı olan jurnalist özü məlumat verib.

Məlumata görə, paytaxtın cənubunda baş verən partlayış o qədər güclü olub ki, təkcə avtomobillərə deyil, yaxınlıqdakı binaya da ziyan vurub. Lakin heç kim xəsarət almayıb.

“Qızım özü partlayışdan bir az əvvəl oradan olub, o, həlak ola da bilərdi”, – deyə jurnalist qeyd edib.

Siqfrido Ranuççinin fikrincə, hadisə yeni araşdırma proqramlarını elan etməsi ilə bağlıdır.

Partlayış yerində xüsusi təyinatlı polis bölmələri və yanğınsöndürənlər işləyir, bütün lazımi araşdırmalar aparılır. Jurnalistin sözlərinə görə, bombalar avtomobilin altına qoyulubmuş.

Paylaşılan videoda kapotu dağılmış avtomobil, eləcə də bir neçə metr aralı səpələnmiş çoxsaylı kiçik hissələr və predmetlər görünür. Ranuççi daha əvvəllər də proqram araşdırmalarının toxunduğu mövzulara görə dəfələrlə qalmaqallarla üzləşib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv