Patrik Kluyvert yığma komandadan ayrıldı

Patrik Kluyvert yığma komandadan ayrıldı






presstv

"Presstv"az #Audi, #Futbol, #İndoneziya, #İraq, #Niderland, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Barselona”nın və Niderland millisinin keçmiş futbolçusu Patrik Kluyvert İndoneziya yığmasının baş məşqçisi postundan ayrılıb.

presstvaz xəbər verir ki, bu barədə İndoneziya Futbol Federasiyası rəsmi məlumat yayıb.

Məşhur çalışdırıcının müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.

Niderlandlı mütəxəssis İndoneziya yığmasını 8 oyuna çıxarıb. Həmin matçlarda yığma komanda üç qələbə qazanıb, bir heç-heçə edib və dörd məğlubiyyətlə üzləşib.

Kluyvertin rəhbərliyi altında İndoneziya seçməsi ötən həftə Səudiyyə Ərəbistanı və İraqa uduzaraq, 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq şansını itirib.

Yada salaq ki, Kluyvert İndoneziyaya yollanmamışdan öncə Türkiyədə işləyib. O, “Adana Dəmirspor” klubunu çalışdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv