Alimlər kliniki ölüm keçirmiş insanların 70 faizinin nə ilə üzləşdiyini öyrəniblər

Alimlər kliniki ölüm keçirmiş insanların 70 faizinin nə ilə üzləşdiyini öyrəniblər






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Livan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Virciniya Universitetinin alimləri kliniki ölüm keçirmiş insanların nə ilə qarşılaşdıqlarını, həmin anda nə gördüklərini, ölümə yaxın təcrübədən sonra həyatlarını necə dəyişdirdiklərini öyrənməyə imkan verən eksperiment keçiriblər.

presstvaz xəbər verir ki, bu barədə “New York Post” yazıb.

Tədqiqatçılar araşdırmaya belə bir təcrübə yaşamış 167 nəfər cəlb ediblər. Məlum olub ki, onların 70 faizi ağ işıq görüb, rahatlıq hiss edib və həyata döndükdən sonra isə dini və mənəvi əqidələrini tamamilə dəyişib.

Bu adamların təxminən 15 faizi ölmüş qohumları ilə qarşılaşıb, habelə ruhlarının bədəndən çıxdığını hiss edib, 20 faizindən çoxu həyatına əsaslı dəyişiklik edib, ya boşanıb, ya da başqa yerə köçüb.

Kliniki ölüm keçirənlərin 78 faizi bildirib ki, psixoloji dəstəyə ehtiyacları olub. Lakin onlara bu dəstəyi “biz belə şeylərlə məşğul olmuruq” deyərək nə ruhanilər, nə də psixoterapevtlər göstəriblər.

Universitetin Psixiatriya və Neyrodavranış Elmləri Departamentindən Marieta Pehlivanova bildirib ki, belə pasiyentləri və onların konkret tələbatını dəstəkləmək imkanları çox məhduddur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv