MÜTDA rəsmisi: “Texnologiyadan istifadədə çətinlik çəkən müəllimlər var”

MÜTDA rəsmisi: “Texnologiyadan istifadədə çətinlik çəkən müəllimlər var”






presstv

"Presstv"az #Audi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Texnologiyadan istifadədə çətinlik çəkən müəllimlər var”.

presstvaz xəbər verir ki, bu sözləri APA-ya müsahibəsi zamanı Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Rəqəmsal idarəetmə sektorunun müdiri Fidan Nəcəfova deyib:

“Amma hər bir müəssisədə platformadan tam istifadə edə bilən İnformasiya Kommunikasiya Texnologiyaları üzrə laborant, yaxud da informatika müəllimləri var. İlkin mərhələdə bir neçə ay onlar platformadan istifadədə çətinlik çəkənlərə dəstək göstərəcəklər. Qeyd etməliyəm ki, hazırda platformadan istifadə zamanı müəllimlərdən tələb edilən funksiyalar geniş deyil. Başqa sözlə desək, müəllimlər hazırkı mərhələdə özlərinin dərs dedikləri şagirdləri sistemdə aktivləşdirir, davamiyyət və qiymətləndirmə ilə bağlı qeydlərini aparır. Tədris ili başlayanadək müəllimlər üçün bir ay müddətində intensiv təlimlər təşkil etmişdik. Yekunda müəllimlərə tapşırıldı ki, onlar da çalışdıqları təhsil müəssisələrində eyni formatda təlimlər təşkil etsinlər və həmkarlarına platformadan istifadə üçün dəstək olsunlar”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv