Azadə Hüseynova: “Sağlamlıq turizmi kompleks və sistemli yanaşma tələb edir”

Azadə Hüseynova: “Sağlamlıq turizmi kompleks və sistemli yanaşma tələb edir”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Müasir sağlamlıq və tibbi turizm sahəsi dünya üzrə dinamik inkişafdadır, bu sahədə rəqabət artmaqdadır”.

presstvaz xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova “Sağlamlıq Turizmi Konfransı 2025: Rifah və Tibbi turizmin gələcək istiqamətləri” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu isə sənayenin müasir çağırışlarla üz-üzə olması deməkdir:

“Sağlamlıq turizminin inkişafı üçün mövcud potensial kifayət qədər böyük olsa da, bu sahə kompleks və sistemli yanaşma tələb edir.

İdarəetmənin effektivliyi, kadr potensialının artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi gələcək uğurun əsas şərtləridir.

Dövlət Turizm Agentliyi sağlamlıq turizmini prioritet sahə kimi inkişaf etdirmək və Azərbaycanın bu sahədə beynəlxalq rəqabət qabiliyyətini artırmaq istiqamətində daim dəstək verməyə hazırdır.

İnanıram ki, bu kimi tədbirlər sağlamlıq turizmi sahəsində beynəlxalq dialoqu və tərəfdaşlıqları daha da genişləndirmək istiqamətində təkan olacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv