Fiziki aktivlik ağrıları aradan qaldırmağa necə kömək edir? – Nevroloqdan məsləhətlər

Fiziki aktivlik ağrıları aradan qaldırmağa necə kömək edir? – Nevroloqdan məsləhətlər






presstv

"Presstv"az #Audi, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sadə hərəkətlər ağrı ilə mübarizədə ən yaxşı dostunuz ola bilər”.

presstvaz-ın xəbərinə görə, bu barədə rusiyalı nevroloq Aleksey Danilov KP.ru-ya müsahibəsində danışıb.

“İnsan hərəkət etdiyi zaman əzələlərdə müxtəlif bioloji aktiv maddələr, o cümlədən hormonlar ifraz olunur. O cümlədən də miokinlər – zülallar ifraz olunur ki, onlar beyinə təsir etdikdə həzz, sevinc və xoşbəxtlik hissləri oyanır. Bundan əlavə, miokinlər iltihabı azaltmağa kömək edir, bədəndəki iltihabi proseslərin ümumi səviyyəsini aşağı salır. Bütün bunlar kompleks şəkildə ağrı hisslərini azaltmağa yardımçı olur”, – deyə Aleksey Danilov qeyd edib.

Onun sözlərinə görə, əhəmiyyətli effektə nail olmaq üçün sistematik fiziki aktivlik lazımdır. Bu, yaşdan və yanaşı xəstəliklərdən asılı olaraq uyğunlaşdırılmalıdır.

Danilov vurğulayıb ki, beldə və boyunda ağrılar üçün xüsusi məşqlər mövcuddur. Əvvəlcə yüngül məşqlərlə başlamaq və onların intensivliyini tədricən artırmaq lazımdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv