Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Ceyhun Bayramov, #COP29, #Elina Valtonen, #Ermənistan, #Finlandiya, #Məcburi köçkün, #Münaqişə, #Nəqliyyat, #Nyu-York, #Vaşinqton, #Xarici İşlər Nazirliyi (XİN), #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xarici işlər naziri Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ilə görüşüb.

presstvaz xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüşdə Azərbaycan-Finlandiya ikitərəfli münasibətləri, Finlandiyanın ATƏT-də sədrliyi dövründə prioritet istiqamətlər, ATƏT-in qarşısında duran çağırışlar, Azərbaycan-ATƏT əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də bölgədə post-münaqişə dövründə vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.

Tərəflər ötən il COP29 çərçivəsində Bakıda, eləcə də bu ilin sentyabr ayında BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi zamanı Nyu-Yorkda liderlər arasında keçirilmiş görüşlərin ikitərəfli münasibətlərin inkişafına töhfəsini məmnunluqla qeyd ediblər. Nazirlər münasibətlərin genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin və dialoqun intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı Finlandiyanın ATƏT sədrliyi çərçivəsində prioritetlərə toxunulub. Ceyhun Bayramov qeyd edib ki, Finlandiyanın sədrliyi Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi dövrə təsadüf edir. Bu şəraitdə ATƏT-in çoxtərəfli platforma kimi çevik şəkildə yeni reallıqlara uyğunlaşmasının, öz aktuallığını və funksionallığını qoruyub saxlamasının əhəmiyyəti vurğulanıb.

C.Bayramov, həmçinin, regionda son vəziyyət, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, məcburi köçkünlərin geri qayıdışı istiqamətində görülən tədbirlər və mina təhdidi barədə Finlandiyalı həmkarını məlumatlandırıb.

Görüşdə Azərbaycan-Ermənistan sülh prosesi də müzakirə edilib. Ceyhun Bayramov 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin tarixi görüşünün və imzalanmış Birgə Bəyannamənin əhəmiyyətini qeyd edib. Sülh sazişinin imzalanması istiqamətində atılacaq növbəti addımlar və Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması zərurəti bir daha diqqətə çatdırılıb.

“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası baxımından əhəmiyyəti vurğulanıb.

Tərəflər post-münaqişə dövründə reallıqları nəzərə alaraq, funksional əhəmiyyətini itirmiş Minsk prosesi, fəaliyyətdə olan sədrin xüsusi nümayəndəsi və Yüksəksəviyyəli Planlaşdırma Qrupu kimi ATƏT təsisatlarının fəaliyyətinin 1 sentyabr tarixindən dayandırılması barədə qərarı müsbət qiymətləndiriblər.

Ceyhun Bayramov ATƏT çərçivəsində əməkdaşlıq layihələrinin həyata keçirilməsi istiqamətində mövcud maneələrdən bəhs edərək, Azərbaycan Əməkdaşlıq Proqramının icrasına start verilməsinin vacibliyini qeyd edib. O, xüsusilə minalardan təmizləmə, ekoloji vəziyyətin qiymətləndirilməsi və kibertəhlükəsizlik sahələrində praktiki əməkdaşlığın inkişaf etdirilməsinin faydalı olacağını vurğulayıb.

Nazir, həmçinin, ATƏT-in iqtisadi və ətraf mühit ölçüsü üzrə təşəbbüslərin əhəmiyyətini qeyd edərək, Azərbaycan tərəfindən təşəbbüs göstərilən “Xəzər dənizi regionunda yaşıl limanların və bağlantıların təşviqi” layihəsinin uğurla icra olunduğunu və artıq üçüncü mərhələyə keçdiyini bildirib.

Ceyhun Bayramov Finlandiyanın ATƏT sədrliyinə uğurlar arzulayaraq, bu sədrliyin çoxtərəfli dialoq və əməkdaşlıq mühitinin gücləndirilməsinə, ATƏT-in fəaliyyətinin canlandırılmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv