Qazaxıstan Yazıçılar Birliyinin sədri: “Birinci Türkoloji Qurultayın 100 illiyi Bakıda təntənəli şəkildə qeyd olunacaq”

Qazaxıstan Yazıçılar Birliyinin sədri: “Birinci Türkoloji Qurultayın 100 illiyi Bakıda təntənəli şəkildə qeyd olunacaq”






presstv

"Presstv"az #Audi, #Bakı, #Hadisə, #Qazax, #Qazaxıstan, #Vəzifə, #Yazıçı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Yüz il əvvəl Bakıda keçirilən Birinci Türkoloji Qurultay türkdilli xalqların ilk dəfə olaraq bir-birini qardaş kimi tanıdığını, dillərinin isə bir-birini dəstəkləyən və zənginləşdirən sistemlər olduğunu bəyan etdiyi ilk görüş olub”.

Bunu Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan layihənin yeni buraxılışında Qazaxıstan Yazıçılar Birliyinin sədri Mereke Kulkenov deyib.

O, təəssüflə bildirib ki, bu qurultaydan 10 il sonra – 1937-ci ildə repressiyalar dövründə iştirakçıların əksəriyyəti təqibə məruz qalıb, bəziləri həbs edilib və güllələnib: “Axmet Baytursunov başda olmaqla 5 nəfər edam edilib”.

Mereke Kulkenov qeyd edib ki, bu dahi şəxsiyyətlərin açdığı yolu davam etdirmək, onların ideyalarını həyata keçirmək, türkdilli xalqlar üçün həm şərəfli, həm də məsuliyyətli bir vəzifədir: “Gələn il bu möhtəşəm hadisənin 100 illiyi Bakıda təntənəli şəkildə qeyd olunacaq. Ümid edirəm ki, bu bayramda bütün türkdilli xalqların yazar, alim, etnoqraf, eləcə də filoloqları iştirak edəcək və bu, həqiqətən də böyük bir mədəniyyət bayramına çevriləcək”.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv