Venesuela Norveçdəki səfirliyini bağladı: Sülh mükafatının Maçadoya verilməsinə etiraz

Venesuela Norveçdəki səfirliyini bağladı: Sülh mükafatının Maçadoya verilməsinə etiraz






presstv

"Presstv"az #Audi, #Avstraliya, #Hakim, #Nikolas Maduro, #Nobel mükafatı, #Norveç, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Venesuela hökuməti Norveç və Avstraliyadakı səfirliklərini bağladığını elan edib. Bunun əvəzinə rəsmi Karakas Zimbabve və Burkina-Fasoda diplomatik nümayəndəliklər təsis edəcək.

presstvaz-ın xəbərinə görə, bu barədə “Reuters” nəşri məlumat verib.

Rəsmi versiyaya görə, hakimiyyət milli prioritetlərin qiymətləndirilməsindən sonra resursların strateji yenidən bölüşdürülməsi məqsədilə bu addımı atıb.

Norveç Xarici İşlər Nazirliyi Oslodakı səfirliyin bağlanması ilə bağlı bildirişin alındığını təsdiqləyib.

“Bu qərar təəssüf doğurur, lakin biz Venesuela ilə dialoqu saxlamaq niyyətindəyik”, – deyə nazirlik nümayəndəsi bildirib.

Qeyd edilir ki, diplomatik nümayəndəliyin bağlanması xəbəri Norveç Nobel Komitəsinin Venesueladan olan siyasətçi, ölkədə müxalifət lideri hesab edilən Mariya Korina Maçadonu Sülh Mükafatı ilə təltif etməsindən üç gün sonra yayılıb.

Xatırladaq ki, Venesuela Prezidenti Nikolas Maduro yerli xalqların Müqavimət Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Maçadonu “əhalinin 90%-i tərəfindən rədd edilən “cadugər” adlandırıb. Maduro müxalifətçinin adını çəkməsə də, dolayı yolla söhbətin məhz Nobel mükafatı laureatından getdiyinə işarə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv