Tez çəki atmaq üçün ac qalmaq düzgündür? – Qastroenteroloqdan AÇIQLAMA

Tez çəki atmaq üçün ac qalmaq düzgündür? – Qastroenteroloqdan AÇIQLAMA






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Arıqlama, #arıqlamaq, #Audi, #diabet, #Sağlamlıq, #Səhiyyə Nazirliyi, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Tez çəki atmaq üçün ac qalmaq düzgün deyil. Kəskin kalori məhdudiyyəti (çox aşağı kalorili pəhrizlər) qısamüddətli çəkidə azalmaya səbəb olsa da, uzunmüddətli nəticələri zəifdir və sağlamlıq risklərini artırır”.

presstvaz xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində açıqlayıb.

Onun sözlərinə görə, ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi sağlam çəki itkisinin həftədə təxminən 0.5-1 kiloqram olduğunu, bu templə verilən çəkinin daha çox qorunduğunu tövsiyə edir:

“Çox aşağı kalorili pəhrizlər zamanı yağla bərabər əzələ kütləsi də azalır. Bu, “yo-yo” (verilən çəkinin geri qayıtması) riskini artırır və növbəti cəhdləri daha çətin edir. Bu zaman öd daşı yaranma riski artır, arıqlama öd tərkibində xolesterinin artmasına və öd kisəsinin boşalmasının zəifləməsinə görə öd daşı əmələ gəlmə riskini yüksəldir. Bu, çox aşağı kalorili pəhrizlər və bariatrik əməliyyatlardan sonra xüsusilə müşahidə olunur. NIDDK (ABŞ Milli Diabet və Həzm Xəstəlikləri İnstitutu) sürətli çəki itkisinin öd daşı riskini artırdığını sübut edən araşdırmaları var”.

Nazirliyin mütəxəssis-ekspert bildirib ki, qidalanma çatışmazlıqları və digər fəsadlara isə çox sərt məhdudiyyətlər vitamin-mineral çatışmazlığına, halsızlıq və sağlamlıq problemlərinə gətirə bilər:

“Klinik nəzarət olmadan çox aşağı kalorili pəhrizlərdən istifadə tövsiyə olunmur. Yavaş və davamlı templə arıqlamaq məsləhət görülür. Həftədə 0.5-1 kiloqram. Bu nəticə hər zaman daha dayanıqlıdır və sağlamlığa mənfi təsir etmir. Planlı qidalanma, real hədəflər, porsiya nəzarəti, gündəlik hərəkət, stresin idarəsi və yuxu – hamısı ilə birlikdə daha uğurlu nəticə əldə etmək olar. Bu zaman təbii ki, keyfiyyətli qida seçimi mütləq şərtdir, tam taxıllar, paxlalılar, tərəvəz-meyvə, qoz-fındıq, protein mənşəli qidalara üstünlük verilməlidir”.

E.Məmmədov sonda qeyd edib ki, ac qalmaqla sürətli arıqlama nə təhlükəsiz, nə də dayanıqlıdır:

“Tibbi sübutlar tədricən və planlı çəki azaldılmasının üstün olduğunu göstərir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv