Britaniya Azərbaycan və Ermənistana silah embarqosunu aradan qaldırır

Britaniya Azərbaycan və Ermənistana silah embarqosunu aradan qaldırır






presstv

"Presstv"az #ABŞ, #ATƏT-in Minsk Qrupu, #Audi, #Avropa, #Azərbaycan, #Böyük Britaniy, #Böyük Britaniya, #Cənubi Qafqaz, #Donald Tramp, #Ermənistan, #Hadisə, #İlham Əliyev, #Nikol Paşinyan, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniya Azərbaycan və Ermənistana silah embarqosunu tamamilə aradan qaldırır.

presstvaz xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautinin Böyük Britaniya parlamentinin saytında dərc edilmiş bəyanatında bildirilir.

“Mən sizə Cənubi Qafqazdakı əlamətdar hadisələr və Böyük Britaniyanın Ermənistanla Azərbaycan arasında sülh prosesində irəliləyişə reaksiyası barədə məlumat vermək istərdim.

Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə üçtərəfli sammit keçirib. Nəticədə sülh sazişi paraflanıb və bəyannamə imzalanıb.

Sənədlərdə ATƏT-in Minsk qrupunun buraxılmasına çağırış və Ermənistanın suverenliyinə hörmət etməklə Azərbaycan ilə Naxçıvan arasında əlaqəni təmin etmək öhdəliyi də əksini tapır.

Böyük Britaniya əldə olunan tərəqqini alqışlayır. Bu, sülh və sabitliyə doğru mühüm addımdır.

Bununla əlaqədar biz Ermənistan və Azərbaycanla münasibətlərin səviyyəsini ticarət, təhlükəsizlik və müdafiə sahələrində strateji tərəfdaşlığa yüksəldirik.

Avqustun 24-dən 26-dək dəstəyi təsdiqləmək və praktik addımları müzakirə etmək üçün hər iki ölkəni ziyarət etmişəm.

Biz Minsk qrupunun buraxılmasını dəstəklədik. Əldə olunan irəliləyişi nəzərə alaraq, hesab edirik ki, ATƏT-in 1992-ci il embarqosu aktuallığını itirib. Böyük Britaniya Ermənistan və Azərbaycana silah embarqosunu tamamilə aradan qaldırır. Bu, təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirməyə və ölkələrə hibrid təhdidlərə cavab daxil olmaqla, suverenliyi və ərazi bütövlüyünü qorumağa kömək edəcək. İxrac lisenziyaları ciddi meyarlara görə fərdi olaraq nəzərdən keçiriləcək.

Biz bölgədəki vəziyyəti izləyəcəyik. Ümid edirik ki, bu, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və firavanlığa yol açacaq. Böyük Britaniya bu dəyişiklikləri və regional sabitliyi dəstəkləmək üçün hər iki ölkə, ABŞ, Aİ və digər tərəfdaşlarla əməkdaşlıq etməyə hazırdır”, – deyə bəyanatda qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv