Söküntü səs-küyə səbəb oldu: “Sədərək” Ticarət Mərkəzində QALMAQAL

Söküntü səs-küyə səbəb oldu: “Sədərək” Ticarət Mərkəzində QALMAQAL






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bələdiyyə, #Dövlət Reklam Agentliyi, #Sosial şəbəkələr, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sədərək” Ticarət Mərkəzində sahibkarlarla Azərbaycan Dövlət Reklam Agentliyi arasında narazılıq yaranıb.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, sahibkarların iddialarına görə, ticarət mərkəzinin ətrafında yerləşdirdikləri ödənişli reklam lövhələri bu gün səhər tezdən, əvvəlcədən xəbərdarlıq edilmədən sökülməyə başlanıb. Onların sözlərinə görə, bu addım ciddi narazılığa səbəb olub.

Bir qrup sahibkar bildirib ki, ərazidə 21 reklam lövhəsi dağıdılıb və nəticədə onlara təxminən 210 min manat dəyərində maddi ziyan dəyib.

Məlumata görə, bu səbəbdən sahibkarlarla Agentlik əməkdaşları arasında gərginlik yaşanıb. Sahibkarlar bu addımı qanunsuz hesab etdiklərini və belə tədbirlərin ticarət mühitinə mənfi təsir göstərdiyini bildiriblər.

“Sədərək” Ticarət Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Kəmaləddin Qədim bildirib ki, qüvvəyə minmiş məhkəmə qərarına əsasən, “Sədərək” bazarının ərazisi özəl mülkiyyət kimi tanınıb və bu barədə Dövlət Reklam Agentliyinə rəsmi məlumat verilib.

Onun sözlərinə görə, ticarət mərkəzinin ərazisi tam hasarlanıb, mühafizə olunur və giriş-çıxış idarə olunur. Reklam konstruksiyaları bazarın daxili ticarət zonasında, yəni ictimai yol və ya bələdiyyə ərazisi ilə əlaqəsi olmayan hissələrdə quraşdırılıb.

Dövlət Reklam Agentliyindən isə bildirilib ki, söküntü işləri qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib.

Mövzu ilə bağlı videomaterial təqdim edirik:

13 oktyabr, 23:36

“Sədərək” Ticarət Mərkəzinin mühafizəçiləri Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyüblər.

presstvaz xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, insidentə səbəb Agentlik əməkdaşlarının reklam lövhələrini sökmək istəmələri olub. Mühafizəçilərin fiziki şiddəti ilə qarşılaşan reklamçılar Ticarət Mərkəzindən qovulublar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv