Tramp Baydenin əfv fərmanını ləğv etdi: Məhbusları “cəhənnəmə göndərdi”

Tramp Baydenin əfv fərmanını ləğv etdi: Məhbusları “cəhənnəmə göndərdi”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #Co Bayden, #Donald Tramp, #Məhkum, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin məhkum olunmuş 37 cinayətkara verdiyi əfv fərmanını ləğv edib.

presstvaz-ın xəbərinə görə, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat verib.

Yeni prezidentin qərarına əsasən, bu məhbusların əksəriyyəti Kolorado ştatındakı “ADX Florence” xüsusi sərt rejimli federal həbsxanasına köçürülüb. Bu müəssisə son dərəcə sərt saxlanma şəraiti ilə tanınır, hansı ki, burada məhbuslar təkadamlıq kamerada gündə 23 saata qədər vaxt keçirirlər.

Tramp Baydenin ölüm hökmlərini ömürlük həbslə əvəzləmək qərarını kəskin şəkildə şərh edərək, məhbuslara “cəhənnəmə getmələrini” arzulayıb. Sadəcə xüsusi tibbi ehtiyacları olan bir neçə məhbus üçün istisnalar edilib.

Nəşrin məlumatına görə, ABŞ-li məmurlar görüşlər zamanı “ADX Florence”də şərtlərin sərtləşdirilməsini təklif edərək, pəncərələrin olmasının və qidalanmanın keyfiyyətinin xüsusilə təhlükəli cinayətkarlar üçün çox komfortlu olduğunu qeyd ediblər.

Xatırladaq ki, mart ayında Donald Tramp Baydenin əfv sərəncamlarının avtomatlaşdırılmış cihaz tərəfindən imzalandığı üçün etibarsız olduğunu bildirmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv